Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov 2024-cü il avqustun 12-də “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında” Qərar imzalayıb. Qərara əsasən, 2024-cü il avqust ayının 12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır. Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi …
Read More »Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib
Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib. Boyukmillet.com xəbər verir ki, dəyirmi masada Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları, dairə və məntəqə seçki komissiyalarının nümayəndələri, eləcə də media …
Read More »Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu …
Read More »Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib. Boyukmillet.com xəbər verir ki, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir. Qeyd …
Read More »İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib
İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri Ülviyyə Zülfiqar Diaspor Gənclərinin V Yay düşərgəsində iştirak edən gənclərlə İcmada keçirilən görüşdə deyib. O gənclərə Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verərək, soydaşlarımızın son 200 il ərzində öz tarixi torpaqlarından mərhələlərlə çıxarılması, …
Read More »Ombudsman: Ermənistanın etnik təmizləmə siyasəti ilə azərbaycanlıların fundamental azadlıqları pozulub
Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlər görməli, bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün həmin ölkəyə ciddi təzyiq göstərməlidir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın (Ombudsman) Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının 33-cü ildönümü ilə bağlı müraciətində …
Read More »Masallıda vətəndaşların seçki hüququna həsr olunan dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici xarakter daşıyan növbəti dəyirmi masa Masallıda təşkil olunub. “Report”un Cənub bürosunun məlumatına görə, MSK üzvü Validə Kazımova Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində təmsil etdiyi qurumla Ombudsman Aparatının birgə təşkil etdiyi tədbirlərin bütün …
Read More »Ömürlük azadlıqdan məhrum edilən məhbuslara baş çəkilib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmələr əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin Umbakı Penitensiar Kompleksinə və Müalicə Müəssisəsinə həyata keçirilib. Ombudsman Aparatından “Report”a verilən məlumata görə, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil …
Read More »YAP-ın bütün deputatlığa namizədləri qeydə alınıb
Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslər dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, partiyanın 125 seçki dairəsi üzrə təqdim etdiyi bütün namizədlərə artıq qeydiyyat vəsiqəsi verilib. Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı iyul …
Read More »İnsanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib, insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub. Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müşavirə Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan Bakı şəhərinin Xətai, Nizami və Nərimanov rayonlarının ərazisində yerləşən mühüm əhəmiyyətli, təhlükə potensiallı obyektlərdə, həmçinin yaşayış sektorunda …
Read More »