Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Yevlaxda Xocalı soyqırımının 31-ci ildönümü anılıb

Yevlaxda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “ Xocalı soyqırımı tarixi qan yaddaşımızdır” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər iştirak …

Read More »

Ucarda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Ucar rayonunda Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Xocalı soyqırımı – beynəlxalq cinayət” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda əvvəlcə Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub və Xocalı faciəsinin qurbanları, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə faciə şahidləri, 1992-ci ildən Ucar rayonunda məskunlaşmış Xocalıdan olan ailələr, Vətən …

Read More »

Mehriban Əliyeva Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Read More »

Prezidentin xüsusi nümayəndəsi: “Xocalı faciəsini əsla unutmayacağıq”

“Xocalı faciəsini əsla unutmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. “Xocalı… ağrısı hər zaman ürəyimizdə yaşayan faciə! Bu soyqırımda həyatını itirənləri dərin hüznlə yad edirik! Bu faciəni əsla unutmayacağıq!”, – Prezidentin xüsusi nümayəndəsi qeyd edib. Xocalı… ağrısı hər zaman ürəyimizdə yaşayan …

Read More »

Ağstafada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Ağstafa rayonunda Xocalı qətliamının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, Ağstafa rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayədələri iştirak ediblər. Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Abidə Kompleksi ziyarət olunub. Kompleksin önünə əklil qoyulub, güllər düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, …

Read More »

Ağsuda Xocalı ailələri ilə görüş keçirilib

Ağsu rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Xocalı ailələri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailələri və rayon ağsaqqalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. Sonra tədbir Veteranlar klubunda təşkil …

Read More »

QHT Agentliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirili – FOTO +VİDEO

Fevralın 24-də Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə tədbirdə Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli …

Read More »

Yaxın qohumları Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək

Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Belə ki, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə …

Read More »

Əcnəbilərə və vətəndaşlığı olmayanlara Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir. Boyukmillet.com-un xəbərinə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan …

Read More »

QHT rəhbəri: “Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik”

“Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xocalı soyqırımı 30 ildən artıqdır Azərbaycan xalqının hiddətinə səbəb olub: “Erməni silahlı qüvvələrinin vəhşiliklə törətdiyi bu soyqırım Azərbaycan …

Read More »