Audiovizual Şuraya üzvlər təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Xəlilov Aslan Xası oğlu və Məmmədov İsa Rəhman oğlu Audiovizual Şurasının üzvləri təyin edilib.
Read More »Şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu “İmam Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Heydər” məscidində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb. Boyukmillet.com xəbər verir ki, iftar mərasimində Dini …
Read More »Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Lənkəranda keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən respublikamızın şəhər və rayonlarında keçirilən “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı növbəti tədbir Lənkəran şəhərində təşkil olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb. Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi …
Read More »Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə …
Read More »Daşkəsəndə Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə Daşkəsən rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiya Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş …
Read More »Daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub
Azərbaycanda daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub. Boyukmillet.com xəbər verir ki, aprelin 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun …
Read More »Azərbaycan Ombudsmanı beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərini pisləməyə çağırıb
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərini pisləməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ombudsmanın Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir. Açıqlamada deyilir ki, regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl …
Read More »Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək
Bakıda müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, konsert aprelin 17-də saat 19:00-da Bakıdakı “Rus Evi”ndə keçiriləcək. Tədbirin konsert proqramı Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən hazırlanıb. Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Günay Qasımova, beynəlxalq festivalların laureatı Kənan Qədimov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera …
Read More »Fazil Mustafa müalicə aldığı xəstəxanadan evə buraxılıb
Martın 28-də terror hücumuna məruz qalan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı xəstəxanadan evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, u barədə “Report”a deputatın köməkçisi Əjdər Əliyev məlumat verib. O bildirib ki, F.Mustafa müalicəsini ev şəraitində davam etdirəcək. Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə …
Read More »Prezident Naxçıvandakı səlahiyyətli nümayəndəsinə müavin təyin edib
Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
