Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Prezident terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi barədə fərman imzalayıb

ezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli qanunun tətbiqi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən Qanunun 14.12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; Qanunun 14.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti …

Read More »

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb. Boyukmillet.com xəbər verir ki, bu, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının qəsdən pozulmasına cavab olaraq “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan tərəfinin qaldırdığı ikinci iddiadır. Dinləmələr Haaqadakı Sülh Sarayında keçirilir. Prosesə hakim Coan Donohyu sədrlik edir. Xatırladaq ki, 2021-ci …

Read More »

Əziz Ələkbərli: “Soydaşlarımızın Qərbi Azərbaycana qayıtması regionda sülhün bərqərar olunmasında mühüm rol oynayacaq”

“Soydaşlarımızın Qərbi Azərbaycana qayıtması regionda sülhün bərqərar olunmasında mühüm rol oynayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib. Onun sözlərinə görə, Qərbi Azərbaycan İcmasının əsas vəzifəsi son 200 ildə tarixi torpaqlarımızdan qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsini təşkil etməkdir: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu insanların həmin torpaqlara beynəlxalq hüquqa uyğun olaraq dinc yolla qayıtmasının təminatını vermək …

Read More »

Azərbaycanda 107 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb

Azərbaycanda 107 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. Boyukmillet.com xəbər verir ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 13.09.2022 – 28.01.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 143 vəkilliyə namizəd iştirak edib. İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 107 nəfər …

Read More »

Hikmət Babaoğlu: “Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşamaq istəyirlər”

“Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında keçirmək istəyirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Report”a müsahibəsində deyib. Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil: “Bütövlükdə Azərbaycan xalqının indiki mərhələdə qarşısına qoyduğu mühüm məqsədlərdən biridir. Ona görə də bu məsələ ümumxalq məsələsidir. Biz vaxtilə Qarabağa qayıtmaq üçün milli …

Read More »

Azərbaycan Ombudsmanı İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Khodayana rəsmi məktub ünvanlayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Məktubda Ombudsman Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını qətiyyətlə pisləyib və 1961-ci il Diplomatiq əlaqələrə dair Vyana və 1973-cü il “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, …

Read More »

Güneyli ailələr Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısına gül dəstələri düzür

Güney Azərbaycandan olan ailələr Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoyurlar. Boyukmillet.com xəbər verir ki, məlumatı Güney Azərbaycana bağlı informasiya mənbələri yayıblar. Fotoda gördüyünüz ailə Azərbaycanın dərdinə şərik olduqlarını bildirmək üçün diplomatik korpusun qarşısına gül dəstəsi düzüb. Bildirilib ki, Güney Azərbaycan türkləri Təbrizdəki Baş Konsulluğun binası qarşısına gedərək gül dəstələrinin qoyulması ilə bağlı aksiya keçirilir. İran hakimiyyətinin …

Read More »

Tehrandakı səfirliyə terror hücumu nəticəsində həlak olan Orxan Əsgərovun yas mərasimi davam edir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimi davam edir. Boyukmillet.com xəbər ki, Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar və hökumət nümayəndələri də iştirak edib. Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə …

Read More »

Azərbaycan-Misir sənədləri imzalanıb

Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər …

Read More »