Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və icma üzvləri 20 Yanvar faciəsinin 33-cü ildönümündə Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, icma rəhbərliyi və üzvləri şəhidlərin məzarı üzərinə qərənfillər düzüb, müqəddəs ruhları qarşısında baş əyiblər. Şəhidlərimizin xatirəsi icma üzvləri tərəfindən ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Read More »Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Read More »Şəhidin qardaşı: “Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü”
20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, tariximizin o qanlı, şanlı səhifəsi unudulmur, daim xatırlanır, yad edilir. Boyukmillet.com xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Cəfərovlar ailəsi də milyonlarla azərbaycanlı kimi o müdhiş gecəni unuda bilmir. Bakıdakı faciədən beş gün sonra həmin ssenari Neftçala rayonunda da təkrarlanıb. Yanvar faciəsi şəhidi Əbülfəz Cəfərovun qardaşı Müşfiq Cəfərov deyir ki, ayın 25-də …
Read More »Mehriban Əliyeva: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm”
“20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın instaqram hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşımında yer alıb.”Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – Azərbaycanın Birinci vitse-prezidenti əlavə edib.
Read More »Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Qanlı Yanvar hadisələrindən 33 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə …
Read More »Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, bağsağlığı dövlət başçısının tviter hesabında paylaşılıb. pic.twitter.com/numvDeYSQD— İlham Əliyev (@azpresident) January 19, 2023
Read More »QHT-lər 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib
Azərbaycan QHT-ləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib. Agentliyin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə Agentliyin icraçı direktoru Aygün Əliyeva və kollektivi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü …
Read More »Ukrayna, Gürcüstan və Moldova səfirləri Şəhidlər xiyabanını ziyarət edib
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Gürcüstan səfiri Zurab Pataradze və Moldova səfiri George Leuka 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com-un xəbərinə görə, diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər. Qeyd edək ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda …
Read More »Naxçıvanda nağdsız əməliyyatlara görə ƏDV-nin qaytarılması məbləği 17,5 faizə qaldırılıb
Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər vergisinin qaytarılması məbləği 17,5 faizə qaldırılıb Boyukmillet.com xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 faizdən 17,5 faizə qaldırılıb. Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə …
Read More »DMX-nin işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib
Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri müəyyənləşib (məbləğlər açıqlanmayıb). Qeyd edək ki, qərar bu ilin yanvarın 1-dən …
Read More »