Bazar , 19 Yanvar 2025

Daxili siyasət

“Korea Post”: “Qara Yanvar”a görə keçmiş SSRİ rəhbərliyi məsuliyyəti daşıyır”

Azərbaycanlılara qarşı 1990-cı il yanvarın 20-də törədilən və tarixə “Qara Yanvar” kimi düşən cinayətə görə keçmiş SSRİ rəhbərliyi məsuliyyət daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Korea Post”da dərc olunan məqalədə yazılıb. Məqalədə qeyd olunub ki, BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasına səbəb olan bu hadisələrdən …

Read More »

MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2022-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər. Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu – yanvarın 5-dən başlayıb. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK …

Read More »

Daxili işlər naziri Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib

Yanvarın 13-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə …

Read More »

Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib. Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb. O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.

Read More »

Gözdən əlillərə verilən təqaüd artırılıb

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Read More »

Müharibə və ya 20 Yanvarla bağlı əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılıb

“Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …

Read More »

20 Yanvar şəhidi ailələrinə verilən təqaüdün məbləği artırılıb

20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Read More »

Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən kömək istəyib

Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə köməklik göstərməyi xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə icmanın yaydığı müraciətdə bildirilib. İcma Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edib. Eyni zamanda vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə …

Read More »

Qərbi Azərbaycan İcması Ermənistan hökuməti qarşısında bir sıra tələblər irəli sürüb

Qərbi Azərbaycan İcması müraciət yayıb. İcmadan daxil olan məlumatda deyilir: “1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilatımız hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər …

Read More »