Çərşənbə , 10 Dekabr 2025

Daxili siyasət

Ombudsman: “Azərbaycanda inşa edilən bir sıra hündürmərtəbəli binalarda təhlükəsizlik qaydalarına riayət edilmir”

Azərbaycanda tikinti şirkətləri tərəfindən xüsusilə yol kənarlarında, habelə piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə inşa edilən bir sıra hündürmərtəbəli binalarda bir çox hallarda təhlükəsizlik qaydalarına riayət edilmir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Ərizəçi Ə. Ombudsmanın Çağrı Mərkəzinə müraciət edərək, habelə qəbulda olarkən, yaşadığı evin yanında tikinti …

Read More »

Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılması təklif edir. Boyukmillet.com xəbər verir ki, bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə bildirilib ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543- VQD saylı qanununun 1.13-cü maddəsinə əsasən, bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il …

Read More »

Bərdə Rayon Prokurorluğuna mediatur təşkil edilib

Martın 3-də Baş Prokurorluq tərəfindən media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Bərdə Rayon Prokurorluğunun inzibati binasına mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, qonaqlar inzibati binanın infrastrukturu barədə məlumatlandırılıb. Daha sonra iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib. …

Read More »

Deputat: “İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərarları ləğv etməliyik”

“İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərarları ləğv etməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Tahir Kərimli MM-də “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr zamanı deyib. “Bu qərarlar qəbul edilən zaman da cəmiyyətdə bir çox narazılıqlar olub. Hazırda da dövlətimiz tarixi torpaqlarımıza qayıdışla bağlı güclü iradə ortaya qoyur. Hesab edirəm ki, …

Read More »

Qərbi Azərbaycan İcması AŞPA-nı Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları üzrə monitorinqə başlamağa çağırır

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Ermənistanın öz ərazisindən azərbaycanlıları qovması və onların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində götürdüyü, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından …

Read More »

Deputat: “Rusiya özünü SSRİ-nin varisi sayırsa, Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə münasibət bildirməlidir”

Rusiya özünü SSRİ-nin varisi hesab edirsə, Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə münasibət bildirməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Hikmət Babaoğlu MM-də “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib. “Azərbaycan 1920-ci ildə SSRİ-yə daxil olanda hansı ərazilərlə daxil olub? Rusiya SSRİ-nin varisidirsə, bu məsələyə hüquqi münasibət bildirməlidir”, – o əlavə edib.

Read More »

Xələf Xələfov: “Qərbi Azərbaycana qayıdış bütün xalqımızın hədəfidir”

“Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin qaldırması bütün Azərbaycan xalqının hədəfidir”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. O xatırladıb ki, Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb: “Bu sənəd də BMT-nin rəsmi sənədi kimi …

Read More »

YAP Gənclər Birliyi: “Həbs edilmiş Cəbrayıl Fərzəliyev üzvümüz deyil”

Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə külli miqdarda mənimsəmədə ittiham olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Cəbrayıl Fərzəliyev Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü deyil. Boyukmillet.com xəbər verir ki, YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur. “YAP Gənclər Birliyi olaraq saytlara və sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumat paylaşmamağı tövsiyə edir, belə …

Read More »

İcma sədri: “Qərbi Azərbaycanla bağlı 237 kənd siyahıya alınıb”

“Hədəfimiz Qərbi Azərbaycanla bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib. “Biz Qərbi Azərbaycan İcması olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının hazırda Ermənistanda fəaliyyət göstərən missiyasına məktubla müraciət etmişik. …

Read More »

“Heydər Əliyev ili” çərçivəsində “Gəncliyimiz gələcəyimizdir” adlı müsabiqə elan edilib

Mayın 21-22-də Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dendrologiya İnstitutunda “Gəncliyimiz gələcəyimizdir” adlı foto və əl işlərindən ibarət rəsm yaradıcılıq müsabiqəsi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, müsabiqə ölkə başçısı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr Sərəncamına uyğun olaraq “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinn 2023 – …

Read More »