Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Naxçıvan 30 ildir dözür, ermənilər 5-6 gün dözə bilmir? – Sabir Rüstəmxanlı – VİDEO

Bu gün Azərbaycan cəmiyyətinin diqqəti Şuşa-Xankəndi yolunun qovşağında olan aksiyadadır. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı bildirib. S. Rüstəmxanlı qeyd edib ki, xalq aksiyanın nə ilə nəticələnəcəyini gözləyir: “İki ildir, Rusiya sülhməramlıları orada yerləşiblər, gecə-gündüz ermənilərlə bir yerdədirlər. Əhalimiz öz yerlərinə qayıtmadıqları üçün bizimlə təmasları yoxdur, onların nə istədiyini bilmirlər. İlk dəfədir birbaşa …

Read More »

Xüsusi təyinatlı polkovnik-leytenant Elşad Quliyevin xatirəsi anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2012-ci ilin aprelin 6-da Gəncə şəhərində keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş xüsusi əməliyyatlar strukturunun polkovnik-leytenantı Elşad Quliyevin anadan olmasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində mərhumun ailə üzvləri ilə yanaşı, DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantları və DTX-nin hərbi hissəsinin əsgərləri iştirak ediblər. Tədbirdə çıxış …

Read More »

Mərkəz sədri: “Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”

“Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”. Bu sözləri “Report”un Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib. Onun sözlərinə görə, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb: “Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı …

Read More »

Azərbaycan Ombudsmanı Rusiya sülhməramlılarının Laçın-Şuşa yolunda aksiyaya mane olmaq cəhdlərini pisləyib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya sülhməramlılarının Laçın-Şuşa yolunda azərbaycanlı fəalların keçirdiyi aksiyaya mane olmaq cəhdlərini pisləyib. Ombudsman Aparatından daxil olan məlumatda deyilir: “Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırım, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş …

Read More »

Nərgiz Paşayeva “Şərəf” ordeni ilə təltif edilib

Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə təltif olunub. Qeyd edək ki, N.Paşayeva 1962-ci ildə anadan olub. Bu gün onun 60 yaşı tamam olur. Filologiya elmləri doktoru, professor N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının …

Read More »

Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

ABŞ-ın paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyində anım günü ilə bağlı təşkil olunan tədbirdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, xarici işlər nazirinin müavini Fariz Rzayev, ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, yerli ictimaiyyət nümayəndələri və diplomatlar iştirak ediblər. Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə …

Read More »

Şuşa-Xankəndi yolunda etiraz aksiyası gecə saatlarında da davam edir

Qeyri-sabit hava şəraitinə baxmayaraq, Şuşa-Xankəndi yolunda etiraz aksiyası gecə saatlarında da davam edir. “Report”un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər. Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Bundan başqa, Şuşa-Xankəndi yolunda yeni çadırlar qurulur. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan …

Read More »

“Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib

ASAP tərəfindən “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ADA Universitetində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib. Tədbir başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla …

Read More »

Heydər Əliyevin əsas tarixi xidməti nədir?.. – Aydın QULİYEV yazır…

“Heydər Əliyevin tarixi xidmətlərini yığcam bir cümlədə necə ifadə etmək olar?” sualı üzərində düşüncələrin nəhayətində bu qənaətə gəldim: “HEYDƏR ƏLİYEVİN ƏSAS TARİXİ XİDMƏTİ ƏRAZİLƏRİMİZİ ERMƏNİ İŞĞALINDAN AZAD EDƏCƏK SİYASİ HAKİMİYYƏT VARİSİNİ DƏQİQ SEÇMƏK OLDU”. Heydər Əliyevdən sonra hakimiyyətə kimsə başqası(?) gəlmiş olsaydı, indiki nəticələri ala biləcəyimizə heç ehtimal vermirəm. Mənimlə razısınızmı?.. Aydın QULİYEV

Read More »

Bu gün Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür

Bu gün Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür. Boyukmillet.com xatırladır ki, 77 il öncə – 1945-ci il dekabrın 12-də (21 azər) Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. Məlum olduğu kimi, İkinci Dünya müharibəsi Böyük Britaniya və SSRİ-nin İran adlanan ərazidə əlini gücləndirmişdi. Sözügedən tarixdə Rza şah Pəhləvinin süquta uğrayan istibdad rejimi İranda fərqli-fərqli epizodlarla yadda qalıb. Elə həmin anlarda …

Read More »