“Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb”. 35 ildir Fransada mühacirət həyatı yaşayan Maşallah Rəzmi bildirib ki, ən böyük arzusu Qarabağı ziyarət etmək olub. O, Qarabağın işğalından sonra bu torpaqlara gələcəyi günü səbrsizliklə gözlədiyini söyləyib: “Hər dəfə düşünürdüm və bu fikirlə yaşayırdım ki, görəsən buralara gəlmək mənə nəsib olacaqmı? Bu gün arzuma çatdığım üçün özümü xoşbəxt hiss edirəm. Xalqımızın mədəniyyət beşiyi …
Read More »Qərbi Azərbaycan İcmasında 5 dekabr Anım günü ilə bağlı görüləcək işlərə dair iclas keçirilib
Qərbi Azərbaycan İcmasının noyabrın 26-da keçirilən növbəti iclasında Qərbi Azərbaycanın rayon və kənd icmalarının fəaliyyəti geniş müzakirə olunub. Məsələ ilə bağlı şöbə müdiri Qalib Qasımovun detallı məlumatı dinlənilib. İclasda QAİ Mətbuat katibi Ülviyyə Zülfiqar Mətbuat xidmətinin son həftə ərzindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.Toplantıda Qərbi Azərbaycanlıların 5 dekabr Anım günü ilə bağlı geniş müzakirələr aparılıb.Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti
Read More »Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək
Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb. Dəyişikliklə Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Read More »Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub. Belə ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb. Əsasnamənin 5.8-ci bəndindən …
Read More »Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib
Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı Strateji planlaşdırma və monitorinq baş idarəsi Qanunvericilik baş idarəsi Ədliyyə sahəsində …
Read More »Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub. İcraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Mərkəzi Bankıdır. Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.
Read More »“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Read More »Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsində (ŞPİ) növbəti vətəndaş qəbulu keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub. Sonra …
Read More »Kəlbəcərin azadlığından iki il ötür
Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Boyukmillet.com xəbər verir ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir …
Read More »DTX: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır”
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski noyabrın 23-də DTX-nin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib. Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə …
Read More »