Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsində (ŞPİ) növbəti vətəndaş qəbulu keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub. Sonra …

Read More »

Kəlbəcərin azadlığından iki il ötür

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Boyukmillet.com xəbər verir ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir …

Read More »

DTX: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır”

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski noyabrın 23-də DTX-nin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib. Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə …

Read More »

Zahid Oruc: “Məqsəd güclü siyasi partiyaların formalaşdırılmasıdır”

“Dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Çünki kənar fəaliyyət siyasi partiyaların dövlətə və millətə qarşı çıxması olur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı ilə bağlı keçirilən brifinqdə deyib. O qeyd edib ki, son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib: …

Read More »

Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb – SƏRƏNCAM

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 4,23 milyon manat ayrılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 22-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün …

Read More »

Prezident İlham Əliyev ICAPP-ın Bakıda keçirilən xüsusi konfransının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir:“Hörmətli konfrans iştirakçıları! Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram. ICAPP Asiya regionunda 370-dən …

Read More »

PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib

“Gənclər təşkilatları Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamalıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayında çıxışı zamanı deyib. O xatırladıb ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etdi: “Bu, hər birimizin qələbəsidir. Hesab edirəm ki, gənclər təşkilatları Azərbaycan reallıqlarının dünya …

Read More »

Sabir Rüstəmxanlı Nobel Mükafatına namizəd olsun – “Ədəbiyyat qəzeti”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Nobel Mükafatına namizədliyinin irəli sürülməsi təklif olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumat “Ədəbiyyat qəzeti”nin son sayında dərc olunub.İsveçdə yaşayan Ədəbiyyatşünas alim Səadət Kərimi bununla bağlı geniş məqalə yazıb və Sabir Rüstəmxanlının bu mükafata layiq olduğunu əsaslandıramağa çalışıb.Həmin məqaləni olduğu kimi təqdim edirik: Sabir Rüstəmxanlı ədəbiyyatını Nobel Mükafatına irəli sürək!“Ömür kitabı” (1988) əsərinə …

Read More »

Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb aradan qaldırılır

Azərbaycanda seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvinə dair tələb aradan qaldırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihədə bununla bağlı müddəa əksini tapmayıb. Qanun layihəsinin ilkin versiyasında qeyd edilmişdi ki, Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı …

Read More »

Azərbaycanda 50 nəfər siyasi partiya təsis edə biləcək

Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.

Read More »