Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. “Report” xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı – red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. …
Read More »VHP-dın iranlı deputatlara sərt cavab: 50 milyonluq Azərbaycan türkü dövlətimizin yanındadır!
Vətəndaş Həmrəyliyi Partiyası bir qrup iranlı deputatın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dost dövlətlər alqışladı. Onlar Azərbaycanın Ermənistanla haqlı savaşına dəstək diplomatik dəstək verdilər. Bu qələbəyə ən çox sevinən, heç şübhəsiz, dünya azərbaycanlılarıdır. Hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyiblər, bununla bağlı dünyanın bir çox ölkələrində …
Read More »İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sənəddə deyilir: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni …
Read More »Şuşa Tarixi Şəhərlər Liqasına üzv seçilib
Tarixi Şəhərlər Liqasının (TŞL) Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində baş tutan Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib. Boyukmillet.com xəbər verir ki, Şuşanın liqaya üzv seçilməsini TŞL-in baş katibi Shibata Shigenori elan edib. Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edib. O, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər …
Read More »Bu il Azərbaycana daimi yaşamaq üçün 1875 nəfər gəlib
Bu il Azərbaycana daimi yaşamaq üçün 1875 nəfər gəlib. Boyukmillet.com xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1875 nəfər gələn, Azərbaycandan isə 707 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1168 nəfər təşkil edib
Read More »“Ermənistan büdcəsindən Qarabağa vəsait ayrılması beynəlxalq qanunlara ziddir” — AÇIQLAMA
“2023-cü ildə Ermənistan büdcəsindən Qarabağdakı separatçı rejimə maliyyə yardımının həcmi dəyişməyib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O əlavə edib ki, bu, ötən ildəki kimi 144 milyard dram (təxminən 355 milyon dollar) təşkil edəcək. “Bu, Paşinyan hökumətinin daxili ictimai rəyə hesabladığı növbəti provakasiyasıdır. Həmçinin məlumdur ki xaricdəki erməni lobbisinin Qarabağa yönəlik ciddi …
Read More »Bakıda bəzi rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib
Bakıda neqativ halların daha çox qeydə alındığı rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, BŞİH-də paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib. …
Read More »Prezident Bakı Metropoliteninin əməkdaşlarını təltif edib
Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Osmanov Əlixan Qədir oğlu Tağıyev Səbuhi Qiyas oğlu Tağıyev Şəbəl Əbtalıb oğlu “Tərəqqi” medalı ilə Əkbərov Faiq Qabil oğlu Əmrahov Sadıq Qərib oğlu Əsgərov Hidayət Allahverdi oğlu İbrahimov …
Read More »Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə təbrik ünvanlayıb
Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Milli Olimpiya Komitəsi üzvləri! Sizi, eləcə də ölkəmizin bütün idman ictimaiyyətini Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı yetirir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan Milli …
Read More »Daxili işlər orqanlarında kadr dəyişikliyi olub
Ağdaş Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis kapitanı Nəcəfli İbrahim Rahib oğlu Ağdaş Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, İbrahim Nəcəfli bundan əvvəl Kürdəmir Rayon Polis Şöbəsində istintaq bölməsinin baş müstəntiqi vəzifəsində çalışırdı. İbrahim Nəcəfli
Read More »