Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Saatlıda müharibə iştirakçılarına medallar təqdim olunub

Saatlı rayonunda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib. Boyukmillet.com xəbər verir ki, Saatlı rayon Mədəniyyət Mərkəzində “Zəfər Günü”nün ikinci il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəhbərliyi, Vətən müharibəsi qaziləri, şəhid valideynləri iştirak edib. Mərasimdə Azərbaycanın Zəfər tarixinin yazılmasında dövlət-xalq-ordu birliyindən söz açılıb. Bildirilib ki, Vətən müharibəsində Silahlı …

Read More »

Prezident Xəzər rayonunda yolların yenidən qurulmasına 4,4 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya …

Read More »

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb. Komendantlığın fəaliyyət istiqamətləri aşağıdakılardır: 1. komendantın Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək; 2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə …

Read More »

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti qaydası təsdiqlənib

“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası” təsdiq edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti qaydası 1. Ümumi müddəalar 1.1. Bu Qayda “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.4-cü maddəsinə əsasən hazırlanmışdır …

Read More »

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncam ölkədə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb Sərəncamla Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planı …

Read More »

Prezidentin Protokol xidmətinə yeni rəis təyin edilib

Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə A.Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

Read More »

AQC sədri yeni qanunun qəbul olunmasını təklif edir – MƏTN

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc  peşəkar birliklərinin hüquqi statusu ilə bağlı yeni qanun layihəsinin qəbul olunması təşəbbüsü ilə çıxış edib. Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, AQC sədri peşəkar birliklərin fəaliyyətinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsinin doğru olmadığını söyləyib. Təklifi olduğu kimi diqqətinizə çatdırırıq: Son dövrlər Azərbaycanda assosiativ …

Read More »

Azərbaycan QHT-ləri Ermənistanın törətdiyi mina terrorunu qınayıb

“2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı bəyanatında əksini tapıb. Qeyd olunub ki, Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət edib. “Onlar istər …

Read More »

Prezident İlham Əliyev xalqımızı qalib xalqa çevirdi, ordumuzun gücünü dünyaya göstərdi  – FOTOLAR

Zəfər forumunun növbəti ünvanı oktyabrın 31-də İsmayıllı rayonu olub. İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib. Boyukmillet.com xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi …

Read More »

Lənkəranda şəhid övladları üçün “açıq qapı günü” keçirilib

Noyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı günü” keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi, nazirliyin İctimaiyyətlə əlaqə idarəsi və Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik …

Read More »