Qərbi Azərbaycan İcmasının oktyabrın 29-da keçirilən iclasında İcmanın media siyasəti müzakirə olunub. Müzakirədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Aparat rəhbəri Abduləli Həsənov, İcmanın şöbə müdiri Qalib Qasımov, Vision TV-nin baş redaktoru Şöhrət Eldəniz, tanınmış jurnalist Lamiyə Rövşənqızı, İcmanın koordinatorları, rayon icma sədrləri və b. iştirak edib. İclasda İcmanın Media Mərkəzinin yaradılması qərara alınıb və bu işin …
Read More »Vətən müharibəsi iştirakçısına vəzifə verilib
Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi vəzifəsinə təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev bundan əvvəl RİH-də baş mütəxəsis vəzifəsində çalışıb. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
Read More »Cümhuriyyət necə elan olundu?
edəcək, baş nazir isə öz nazirlərini seçib prezidentin təsdiqinə təqdim edəcəkdi. Bu təcrübə ilə Parlament İdarəetmə Sistemi əvəzinə parlament rejiminə keçildi. MİLLİ BAYRAM KİMİ QEYD EDİLMƏYƏ BAŞLADI İlk hökuməti qurmaq İsmət İnönüyə həvalə edilərkən, Fəthi Okyar Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. Oktyabrın 29-dan 30-na keçən gecə türk xalqı Cümhuriyyətin elan olunmasını qeyd etdi. 26 oktyabr 1924-cü ildə dərc edilən …
Read More »Vüsal Quliyev İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə çatdırıb
Zəfər Forumunun növbəti ünvanı oktyabrın 27-də Ağdam rayonu olub. Forumda Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Vüsal Quliyev rəşadətli ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və …
Read More »İqdır Aralıq Bələdiyyəsinin nümayəndələrinin Azərbaycan Milli QHT Forumunu ziyarət edib
Azərbaycanda səfərdə olan İqdır Aralıq Bələdiyyəsinin başqanı, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli QHT Forumunu ziyarət edib. Görüşdə, həmçinin “İnkişafa və İslahatlara” Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk də iştirak edib. Forumun prezidenti Rauf Zeyni, qonaqları …
Read More »Bərdədə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib
Oktyabrın 28-də Bərdə şəhəri Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ikinci ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib.Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, …
Read More »“Yaxın zamanlarda ikinci Azərbaycan dövlətinin şahidi olacağıq“ – Sabir Rüstəmxanlı
“Ola bilsin ki, ən yaxın zamanlarda biz dünyada iki Azərbaycan dövlətinin varlığı kimi böyük bir xoşbəxtliyin şahidi olacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib. S.Rüstəmxanlı qeyd edib ki, rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamaq imkanını əldən verib: “Dəfələrlə yazsaq və desək də, Güneydən gələn bircə nəfər gənci də burda dövlət …
Read More »Azərbaycanda icra başçılarının səlahiyyətləri artırılıb
Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri artırılıb. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndi yeni redaksiyada verilməsi ilə baş tutub. Yeni redaksiyaya əsasən, yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz …
Read More »Ombudsman: “Müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də məsuliyyətə cəlb edilməyib”
“Çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib. “Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür. Döyüş əməliyyatlarının aparıldığı …
Read More »Prezident Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının …
Read More »