Gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır. Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, …
Read More »Zərdabda XTQ-nin şəhidinin xatirəsinə bulaq inşa edilib
Zərdab rayonunda Vətən müharibəsi şəhidi Faiq Vəlizadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, bulaq kompleksi şəhidin doğulduğu Alıcanlı kəndində inşa edilib. Açılış mərasimində şəhidin ailə üzvləri, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində F.Vəlizadənin şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü münasibətilə məzarı ziyarət edilib və ruhuna dualar oxunub. …
Read More »Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən iki il ötür
Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının ikinci ildönümüdür.” Boyukmillet.com xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.Müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …
Read More »Dövlət Komitəsinin sədri: “Erməni işğalı zamanı Azərbaycan ikili standartlarla üzləşib”
“Erməni işğalı zamanı Azərbaycan ikili standartlarla üzləşib”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, müasir dünya çoxsaylı çağırışlarla üzləşib: “Bu müharibələrin və konfliktlərin səbəbi dünyanı bölməkdən, sərvətlər əldə etməkdən ibarətdir. Erməni işğalı zamanı Azərbaycan ikili standartlarla …
Read More »Azərbaycan Prezidenti: “Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”
“Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı deyib ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. …
Read More »Azərbaycan və Türkiyə prezidentləri Cəbrayılda mətbuata bəyanatla çıxış edirlər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatla çıxış edirlər. Boyukmillet.com tədbirdən canlı yayımı təqdim edir:
Read More »TDT-yə üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik edib
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik edib. “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, qalibiyyətli Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu: “Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz …
Read More »Vüsal Quliyev Gəncənin terror aktlarına qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb
Zəfər forumunun növbəti ünvanı Gəncə şəhəri olub Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 18-də Gəncə şəhəri olub.Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, Zəfər forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsi zamanı Gəncənin erməni təcavüzkarlarının xaincəsinə törətdiyi terror aktlarına qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini …
Read More »Prezident Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.
Read More »Prezident və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya oktyabrın 19-da Qubadlı şəhərinin Baş planı təqdim olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.
Read More »