Şənbə , 23 Noyabr 2024

Daxili siyasət

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış olublar. …

Read More »

Ombudsman: “Ermənistan Azərbaycanın azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə mina basdırır”

“Ermənistan beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva oktyabrın 19-da Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində …

Read More »

Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizinin reallaşdırılması regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”

“Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb. “Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi …

Read More »

Azərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı …

Read More »

Vüsal Quliyev: “Vətən müharibəsində gəncəlilər şücaət göstərərək düşmənə göz dağı verdi”

“Vətən müharibəsi zamanı dəfələrlə terror hadisələrinə məruz qalmalarına baxmayaraq, gəncəlilər şücaət göstərərək düşmənə göz dağı verdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Qərb bürosuna Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Gəncə şəhərində keçirilən Zəfər Forumunda verdiyi açıqlamada bildirib. O, bu forumun Gəncədə keçirilməsinin heç də təsadüfi olmadığı bildirib: “Vətən müharibəsi zamanı oktyabr ayının müxtəlif günlərində ermənilər …

Read More »

Gəncədə Zəfər forumu keçirilir

Gəncə şəhərində Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər forumu keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QHT nümayəndələri və digər rəsmi …

Read More »

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Boyukmillet.com xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin …

Read More »

Mehriban Əliyeva Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Erməni terrorizminə son! Стоп армянскому терроризму! Stop Armenian terrorism!” https://www.instagram.com/reel/Cj0DSudOjYP/?igshid=NDc0ODY0MjQ=

Read More »

Elçin Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib

Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Elçin Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq

Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq. Boyukmillet.com-un xəbərinə görə, toplantıda dini liderlərin Birgə Bəyanatı qəbul ediləcək. Daha sonra isə dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Read More »