Bazar , 23 Fevral 2025

Daxili siyasət

Prezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub. Səhiyyə naziri Teymur Musayev dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr …

Read More »

Prezident Bakıda yeni inşa edilən məktəb kompleksində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına …

Read More »

İlham Əliyev Bakının 35 saylı tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu …

Read More »

Azərbaycanda siyasi partiyaların fəaliyyətinə nəzarət yeni qaydada tənzimlənəcək

Azərbaycanda siyasi partiyaların fəaliyyətinə nəzarət yeni qaydada tənzimlənəcək. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum): – …

Read More »

Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası üçün yeni qaydalar müəyyənləşib

Azərbaycanda siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası üçün yeni qaydalar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur. Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı müvafiq …

Read More »

Azərbaycanda siyasi partiyaların təsis edilməsi üçün yeni qayda müəyyənləşib

Azərbaycanda siyasi partiyaların təsis edilməsi üçün yeni qayda müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında özəksini tapıb. Qeyd olunub ki, siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan, Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirəcəklər. Təsisçilərin siyasi partiyanın …

Read More »

Azərbaycanda siyasi partiyanın ləğvi üçün yeni qayda müəyyənləşib

Azərbaycanda siyasi partiyanın ləğvi üçün yeni qayda müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə …

Read More »

Prezident İlham Əliyev 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində iştirak edir. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı sərgi ilə tanış olur.

Read More »

Bakıda Laçının geri qaytarılması ilə əlaqədar konsert və atəşfəşanlıq olub

Bakının Xətai rayonunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar konsert proqramı təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Prezident İlham …

Read More »

Aydın Kərimov: “Daşaltıda bərpa işləri ilə bağlı baş planının hazırlanması son mərhələdədir”

“Daşaltı kəndində yenidənqurma və bərpa işləri ilə bağlı baş planının hazırlanması son mərhələdədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, plan hazır olduqdan sonra kənddə yenidənqurma işlərinə başlanılacaq. A.Kərimov bildirib ki, hazırda Şuşada yolların çəkilməsi, enerji, su, istilik təchizatı və s. ilə bağlı infrastruktur …

Read More »