Bazar , 23 Fevral 2025

Daxili siyasət

Tərtər və Daşkəsən şəhərlərinin Baş planları təsdiqlənib

Tərtər şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Tərtər şəhərinin Baş planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Digər qərarla Daşkəsən şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Daşkəsən şəhərinin Baş planı” təsdiq olunub.

Read More »

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqləyib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Fondun gəlirləri 15 985 652,3 min manat, xərcləri isə 11 382 683,9 min manat və yaxud Fondun ötənilki büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə 92,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

Read More »

DTX rəisi Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, DTX-nin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbirdə çıxışı zamanı bu məsələyə də toxunub. Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi …

Read More »

Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin …

Read More »

AQC rəsmiləri QHT Agentliyi və AKİA rəhbəri ilə görüşüb – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş olub. Görüşdə hər iki qurumun rəhbər şəxsləri iştirak ediblər. AQC sədri cəmiyyətin may ayında keçirilən konfransı barədə məlumat verərək bildirib ki, hesabat-seçki yığıncağında vacib qərarlar qəbul olunub. Cəmiyyətin dövlət qurumları, assosiativ təşkilatlar, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə əlaqələrini …

Read More »

YAP-ın mətbuat katibi vəzifəsindən ayrılıb

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özü bildirib. O, vəzifəsindən ayrılmasının səhhətində yaranan müvəqqəti narahatlıqlarla bağlı olduğunu deyib. Qeyd edək ki, E.Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə ötən ilin mayında təyin olunmuşdu.

Read More »

Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib, Samir Nuriyev sədr seçilib

İyulun 7-də Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə birinci iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılmasının, demokratik, hüquqi və ədalət prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət qulluğunun müasir tələblərə uyğun təşkilində və …

Read More »

Nazir: “Polis azad olunmuş ərazilərdə xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir”

Polis və Daxili Qoşunlar işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir. Boyukmillet.com xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən …

Read More »

Vilayət Eyvazov: “Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

“Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin …

Read More »

DİN-in bir qrup zabitinə polis general-mayoru rütbəsi verilib – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: polis polkovniki Canpolad Alı oğlu Daanova polis polkovniki Namiq Zirəddin oğlu Həsənova polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.

Read More »