Şənbə , 23 Noyabr 2024

Daxili siyasət

Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

“Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk aktları, qanunlarla və digər sənədlərlə tanış ola biləcəklər. A.Səmədzadə vurğulayıb ki, doğum və ölümün dəqiq statistikasının …

Read More »

Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilib. Belə ki, buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, …

Read More »

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələr məlum olub

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələrin adları məlum olub. Bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib. Onun sözlərinə görə, komissiyalar Azərbaycanın 15 rayon və şəhərindəki bələdiyyələrdə yaradılıb. Belə ki, Gender Komissiyaları Bakı şəhərində Xətai, Nəsimi, Səbail, Yasamal, M.Ə.Rəsulzadə, Lökbatan və Bakıxanov bələdiyyələrini əhatə edib. Həmçinin paytaxtdan kənarda Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan, Ağcabədi, …

Read More »

Azərbaycanda “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” yaradılıb

Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərman beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilib. Fərmanla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılır. Sənədlə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” təsdiqlənib. Fərmana …

Read More »

Azərbaycanda Miqrasiya üzrə regional təlim mərkəzi yaradılacaq

“Azərbaycanda Miqrasiya üzrə regional təlim mərkəzinin yaradılması nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un yerli bürosuna müsahibəsində ABŞ-da işgüzar səfərdə olan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, layihənin icrasını DMX ilə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) birlikdə həyata keçirir və Miqrasiya üzrə reginal təlim mərkəzinin gələn ilin sonuna qədər fəaliyyətə …

Read More »

Kamran Əliyev: “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq”

“Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. …

Read More »

Səbail İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə icra başçısı Vuqar Zeynalov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov işdən çıxarılıb. Hazırda onun yerinə təyinat yoxdur.

Read More »

Prezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycanın 11 rayonunda daha 15 modul tipli məktəblərin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb. Maliyyə Nazirliyinə bu sərəncama uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək …

Read More »

BMTM sədri: “Qarabağdakı ermənilərlə bağlı məsələ beynəlxalq platformalarda müzakirə olunmayacaq”

“Ermənistan deyir ki, Qarabağ məsələsi onlar üçün ərazi yox, insan haqları məsələsidir. O zaman fikrimcə, 25 min erməni üçün Azərbaycan Konstitusiyasına dəyişlik etməyə ehtiyac yoxdur. Azərbaycanda xeyli sayda milli azlıqlar var, onların hüquqları təmin olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransda deyib. “Azərbaycanda …

Read More »

Ədliyyə naziri Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru ilə görüşüb

Mayın 12-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə …

Read More »