Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Korrupsiyaya qarşı Milli Fəaliyyət Planının detalları açıqlanıb

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının detalları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, sənəd Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla təsdiq edilib. Bildirilib ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin …

Read More »

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair yeni Milli Fəaliyyət Planı təsdiqlənib

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamda məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya …

Read More »

Deputat Əziz Ələkbərli şəhid valideynləri və seçicilərlə görüşü – FOTOLAR

Aprelin 2-i və 3-də Saatlı rayonunda olan Milli Məclisin deputatı Əziz Ələkbərli şəhid valideynləri ilə görüşmüşdür. Boyukmillet.com xəbər verir ki, görüşdə şəhid valideynlərinin problemlərini dinlənilmiş, araşdırılmış, nəzarətə götürülmüşdür. Deputat səhid valideynləri və qazilərlə görüşlərin bundan sonra da mütəmadi keçiriləcəyini bildirmişdir. Görüşdən sonra deputat Əziz Ələkbərli Saatlı rayon İcra Hakimiyyəti Aparatında olmuş, şəhid valideynləri və qazilərin qaldırdığı məsələləri birgə müzakirə etmişlər.

Read More »

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik …

Read More »

Prezident İlham Əliyev Vahid Əhmədovu təltif edib

Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, V.Əhmədov Milli Məclisin deputatıdır. Sabah onun 75 yaşı tamam olur.

Read More »

İlham Əliyev: “Təqdim etdiyimiz beş prinsip yaxşı beynəlxalq davranışı əks etdirir”

“Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın Ermənistana təqdim …

Read More »

“Bu, Ermənistandan aldığımız çox yaxşı xəbərdir” – İlham Əliyev

“Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq”. Bunu Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüş zamanı deyib. Dövlət başçısının sözünə görə, bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır: …

Read More »

Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Bu həftə siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi …

Read More »