Bazar , 19 Yanvar 2025

Daxili siyasət

“Azərbaycan xalqı Fərrux istiqamətində atılan addımların davam etməsini istəyir” – Emin Həsənli

“Fərrux dağının çox böyük strateji əhəmiyyəti var və Ağdam önündə 9 kənd üçün önəmli bir mövqedir. Eyni zamanda gələcəkdə o zonaya tam şəkildə nəzarət üçün əhəmiyyətli yerdir”.  Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib. Hərbi ekspert Fərrux yüksəkliyinin həm də mənəvi əhəmiyyəti olduğunu bildirib: Birinci Qarabağ müharibəsi zamanı Fərrux istiqamətində bizim şəhidlərimiz olub. Ona …

Read More »

Bakı, Gəncə və Lənkəranda müasir penitensiar komplekslər tikilir

Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Boyukmillet.com-un xəbərinə görə, Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub.

Read More »

Prezident Bakıda yeni inşa edilən müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub.  Boyukmillet.com xəbər verir ki, ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, …

Read More »

Azərbaycan Prezidenti MDB PA-nın üzvlərinə müraciət edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfəri çərçivəsində MDB PA Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda çıxış edib. Boyukmillet.com-un xəbərinə görə, əvvəlcə spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Sonra müzakirə olunan mövzu ilə bağlı çıxış edib. Tədbir iştirakçılarını Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edən …

Read More »

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü …

Read More »

Nizami Gəncəvi Beynəlxalq mərkəzi 31 mart soyqırımı haqqında konfrans keçirəcək

Nizami Gəncəvi Beynəlxalq mərkəzi martın 31 – də hibrid formatda “yaddaşın əbədiləşdirilməsi-insanlığa qarşı soyqırımın və cinayətlərin inkarına qarşı proses” adlı konfrans təşkil edəcək. Mərkəzdən verilən xəbərə görə, bu tədbir iki tarixi hadisəni birləşdirir. Belə ki, həmin gün Azərbaycanda 1918-ci il mart soyqırımı qurbanlarının yad edildiyi gün həmçinin 2003-cü il bu tarixdə soyqırım qurbanlarının ilk dəfn mərasiminin keçirildiyi gündür. Konfransda anım institutlarının …

Read More »

Əli Nağıyev: “Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz”

“Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə deyib. “Ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da …

Read More »

Ermənistandakı azərbaycanlı kəndləri təcili boşaldılmalı vəazərbaycanlı qaçqınlar geri qaytarılmalıdır

Fərrux kəndi ilə bağlı Ermənistan tərəfin hay-küyü növbəti erməni həyasızlığından başqa bir şey deyil. 44 günlük müharibədən ötən ilyarım ərzində 10 noyabr Bəyanatının bir sıra maddələrinin həyata keçirilməsindən israrla boyun qaçıran Ermənistanın siyasi rəhbərliyi və ermənilər elə güman etməsinlər ki, Azərbaycan öz suveren ərazilərində erməni separatçılığına əbədi olaraq göz yumacaq. Azərbaycan Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşməsinə ona görə razı olmayıb ki, …

Read More »

Fuad Muradov: “Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatının güclənməsinə xidmət edəcək”

“Türk Dövlətləri Təşkilatı 44 günlük Vətən müharibəsində bizə dəstək göstərmiş, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişdir”. Boyukmillet.com-un Türkiyə bürosu xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bursada keçirilən Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunda “TDT üzv ölkələrində diasporların müasir vəziyyəti və gələcək perspektivi” mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı bildirib. F.Muradov deyib ki, Ermənistan tərəfi …

Read More »

Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, nekroloqda deyilir: “Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir. Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali …

Read More »