“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə bağlı qanunu Prezident İlham Əliyev imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № I, maddə 23) 9.6-cı maddəsində “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri …
Read More »Prezident Administrasiyasının Çağrı Mərkəzi istifadəyə verilib
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin Çağrı Mərkəzi istifadəyə verilib. Boyukmillet.com-un xəbərinə görə, vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır.
Read More »Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək. Bu barədə mərhumun yaxınları məlumat verib. Qeyd edək ki, A.Mütəllibov uzunsürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə …
Read More »Politoloq: “Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı etimad limitini sıfra endirir”
“Rusiya Müdafiə Nazirliyinin məlum bülleteninin ilk cümləsindən Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycanla Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin preambula hissəsi və müvafiq bəndləri kobud şəkildə pozulub”. Bu fikirləri açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, mahiyyət etibarilə Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi …
Read More »Suqovuşanda ikimərtəbəli yeni məscidin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar. Boyukmillet.com xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq məscidin layihəsi barədə məlumat verdi. Bildirildi ki, ümumi ərazisi …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Suqovuşanda bayram tonqalını alovlandırıblar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırıblar. Boyukmillet.com xəbər verir ki, daha sonra dövlət başçısı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Read More »Azərbaycanı digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır
Böyük dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqı zəngin mədəniyyətini, adət-ənənələrini və ədəbiyyatını daim yaşadaraq inkişaf etdirib. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan …
Read More »Prezident Bahar Muradovanı təltif edib
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Bahar Əvəz qızı Muradova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »MSK-ya hesabat təqdim edən partiyaların sayı 24-ə çatıb
Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, indiyədək qeydiyyatda olan 58 partiyadan 24-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib. Bunlar aşağıdakılardır: Yeni Azərbaycan Partiyası Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Ümid Partiyası Müsavat Partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Cəbhə Partiyası (MCP) “Milli Vəhdət” Partiyası Böyük Azərbaycan Partiyası …
Read More »Kamran Əliyev rayon prokurorunu vəzifəsindən azad edib
Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorunu işdən çıxarıb. Boyukmillet.com xəbər verir ki, K.Əliyevin müvafiq əmri ilə Salyan rayon prokuroru Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədər vəzifəsindən azad olunub. Məlumata görə, hələlik bu vəzifəyə yeni təyinat olmayıb. Qeyd edək ki, 2011-ci ildə Yevlax rayon prokuroru vəzifəsini icra edən edən F.Nemətli əvvəlki Baş prokurorun əmri ilə Salyan rayon prokurorluğu …
Read More »