Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin bölmə rəisi polis polkovnik-leytenantı Vəli Qocayev vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə V.Qocayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.
Read More »Prezident mükafatıçısı: “Gənclər Forumu gənclər üçün yol xəritəsi oldu”
“Prezident mükafatı ilə təltif edilməyim mənim üçün çox sevindirici və qürürverici bir hissdir. Gənclər sahəsindəki fəaliyyətimi dəyərləndirildiyi üçün Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Belə bir ali mükafatla təltif olunmaq və görülən işlərə şəxsən Prezident tərəfindən qiymət verilməsi bir gənc olaraq mənim üçün çox şərəfli hissdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Gənclər Təşkilatları Milli Şurasının sədri, 2022-ci il …
Read More »Prezident mükafatçısı: “Azərbaycanda gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar”
“Fəaliyyətimin qiymətləndirilməsi digər gənclərə də göstərici olmalıdır ki, həqiqətən də Azərbaycanda öz üzərində işləyən və daim inkişaf etməyə çalışan gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar”. Bunu “Report”a açıqlamasında “ASAN Könüllüləri” Təşkilatının sədri, 2022-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif olunan Emiliya Bayramova deyib. O, mükafata layiq görüldüyünə görə fəxr etdiyini bildirib: “Bir gənc olaraq dövlət başçımızın ali mükafatına …
Read More »Deputat: “Müasir Azərbaycan gəncliyi inkişaf edir”
“Müasir Azərbaycan gənci dünənlə müqayisə olunmayacaq dərəcədə inkişafdadır”. O bildirib ki, bu günün Azərbaycan gənci daha məğrur, daha müzəffər və daha çox vətənpərvərdir: “Bu da təbii ki illərdir gənclərlə bağlı aparılan düzgün siyasətin nəticəsidir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə fevralın 2-nin Gənclər Günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi, …
Read More »Prezident: “Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik”
“Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib. Prezident İlham Əliyev bildirib ki, bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir: “Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə …
Read More »Tovuz Azərbaycanın yeni “Gənclər Paytaxtı” elan edilib
Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti “Gənclər Paytaxtı”nın adı elan edilib. Boyukmillet.com xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” elan olunub. Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, …
Read More »İlham Əliyev: “Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır”
“Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu …
Read More »Komitə sədri: “Prezidentin diqqəti nəticəsində Azərbaycan gəncliyinin özünə inamı artıb”
“1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı …
Read More »Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbulu təklif olunur
Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbul edilməsi təklif edilib. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: “Hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik”.
Read More »Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
“Erməni əsilli azərbaycan vətəndaşlarının yeni reallığı anlaması və Azərbaycan dövlətinin qanunlarını qəbul edərək yaşaması sahəsində görüşlərə ehtiyac var. Hazırda postmüharibə dövründə biz icmalar arasında müxtəlif görüşlər keçirə bilərik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. Komitə sədri xatırladıb ki, 30 ilə yaxın …
Read More »