Azərbaycanın Baş naziri Əli Əsədov yeni sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 382-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən …
Read More »Belarusun İstintaq Komitəsinin sədri Azərbaycana səfərə gəlib
Azərbaycanın Baş Prokurorluğu ilə Belarusun İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarusun İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Noyabrın 16-da Belarusın İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik …
Read More »Prezident “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” ilə bağlı dəyişiklikləri təsdiqləyib
“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev qanuna dəyişikliyi imzalayıb. Dəyişikliyə əsasən, “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri, “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.
Read More »“Sülhməramlıların erməni terrorçulara göz yumması Rusiyaya təhdiddir”
“Təəssüflər olsun ki, terror Ermənistanın dövlət siyasəti, ermənilərin isə milli ideologiyasıdır. Bu mənada biz postmünaqişə dövrü üçün birgəyaşayış barədə danışır və bölgədə sülh və sabitliyin davamlılığını arzu ediriksə, birmənalı olaraq “Dəmir yumruq” həmişə hazır olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan işğaldan azad olunmuş ərazilərə səfər edərkən hər …
Read More »Deputat: “Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması çox qürurvericidir”
“İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi baxımından tarixi hadisədir. Toplantıda qəbul edilmiş qərarlar türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, 12 ildir fəaliyyət göstərən Türk Şurası ötən dövrdə böyük inkişaf yolu keçib və beynəlxalq təşkilat kimi tam formalaşıb. Təbii ki, bunun …
Read More »Cəlilabadda şəhidlər abidəsinin açılışı olub
Cəlilabad rayonunda şəhidlər abidəsinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, abidə rayonun Komanlı kənd tam orta məktəbinin həyətində tikilib. Abidənin açılışında Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Ombudsmanın Regional Mərkəzinin, rayon Gənclər və İdman İdarəsinin, YAP rayon təşkilatının rəhbərliyi, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər qəhrəman şəhidlərimizin igidliklərindən söz açıblar. Daha sonra abidənin örtüyü götürülüb və …
Read More »Şuşa yaxınlığında erməni terroru nəticəsində 3 azərbaycanlı hərbçi yaralanıb, cinayət işi açılıb
Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı birgə məlumat yayıb. “Report”a daxil olan məlumatda bildirilir: “Noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik …
Read More »QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü maliyyə nazirinə cavab verib
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öhdəsinə düşən vəzifəni düzgün icra edir. Dövlət Agentliyi fəaliyyətini müvafiq qaydalara uyğun həyata keçirir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev deyib. O xatırladıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılıb: “Fərmana əsasən, həm də QHT-lərə …
Read More »Deputat: “İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”
“Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması onun şəxsiyyətinə göstərilən böyük diqqətin daha bir bariz nümunəsidir”. Onun sözlərinə görə, bu təltif həm də Azərbaycan Prezidentinin ərazilərimizin işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən …
Read More »Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Nazirlər Kabinetinin müvafiq qərarının hazırlanmasının məqsədi gömrük sərhəd buraxılış məntəqələrində qanunvericiliyin tələblərinə ciddi riayət olunaraq daha səmərəli və sürətli keçidin təmin edilməsidir. Fiziki şəxslər tərəfindən müxtəlif malların gömrük sərhədindən keçirilməsi, o cümlədən turist axınının çoxalması müasir …
Read More »