Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəfər Gününün qeyd edilməsi ilə bağlı paylaşımlar edib. Boyukmillet.com xəbər verir ki, Birinci vitse-prezident instaqramdakı səhifəsində Bakı və Şuşada 8 noyabr – Zəfər Gününün ildönümü münasibətilə keçirilən tədbirlərdən fotolar paylaşıb.
Read More »Ombudsmanın regional mərkəzləri Zəfər Günü münasibətilə tədbirlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad, Şəki, Gəncə və Quba regional mərkəzləri tərəfindən Zəfər Gününə həsr edilmiş bir sıra tədbirlər təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Şanlı qələbəmiz dövlətçilik tariximizin zəfər salnaməsidir” mövzusunda Cəlilabad şəhər 8 saylı humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə və Lənkəran rayonunun Girdəni …
Read More »Biləsuvarda atəşfəşanlıq olub
Biləsuvarda Zəfər Günü münasibətilə keçirilən bayram tədbirinin sonunda atəşfəşanlıq olub. “Report”un Muğan bürosunun məlumatına görə, rayonda konsertin sonunda atəşfəşanlıq keçirilib. Qeyd edək ki, bu gün Biləsuvarda Zəfər Gününə ağacəkmə aksiyası ilə start verilib. Sonra Zəfər yürüşü keçirilib, bayram tədbiri konsertlə davam edib.
Read More »Bakıda Zəfər Günü musiqili atəşfəşanlığı başa çatıb
Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə musiqili atəşfəşanlıq başa çatıb. Boyukmillet.com xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda baş tutub. Tədbir korifey bəstəkarların musiqilərinin müşayiəti ilə keçirilib.
Read More »Zəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdirilib
8 noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib. Boyukmillet.com xəbər verir ki, saat 20:55-dən Mərkəzin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunub. Ölkəmizin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadında ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüz haqqındakı kəlamları, işğal altındakı ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş …
Read More »Gəncədə Zəfər Günü münasibətilə atəşfəşanlıq olub
Gəncə şəhərində ümumşəhər tədbirin sonunda 8 noyabr Zəfər Gününə həsr olunan atəşfəşanlıq olub. Boyukmillet.com “Report”un Qərb Mərkəzinin məlumatına istinadən xəbər verir ki, Gəncə şəhər Heydər Əliyev meydanında təşkil olunan atəşfəşanlıq şəhər sakinlərinin böyük marağına səbəb olub. Qeyd edək ki, bu gün respublikanın hər yerində olduğu kimi Gəncədə də Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Read More »Şuşada musiqili atəşfəşanlıq keçirilib
8 noyabr Zəfər Günü münasibətilə Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub. Boyukmillet.com xəbər verir ki, Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsində qələbəsi şəhərdə təntənə ilə qeyd olunub. Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.
Read More »FHN-in hissələrində Zəfər Günü münasibətilə tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarında və Suqovuşan ərazisində yerləşən FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində görüşlər keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirlərdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik …
Read More »Naxçıvanda Zəfər yürüşü keçirilib, Kəngərlidə Bayraq Meydanı istifadəyə verilib
Vətən müharibəsində böyük qələbənin ildönümü Naxçıvan Muxtar Respublikasında böyük coşğu və əsl qələbə ruhu ilə qeyd edilib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan şəhərində xalq gəzintisi və şəhidlərin məzarlarını ziyarət təşkil olunub, küçə və prospektlərdə, yollarda qələbə yürüşünə çıxan sakinlər əllərində üçrəngli bayraq, dillərində “Qarabağ Azərbaycandır!” şüarı ilə Böyük Zəfərin ildönümü qeyd ediblər. Naxçıvan Muxtar Respublikasında böyük bayram ab-havası ilə qeyd …
Read More »Şuşada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
“İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Read More »