Yeni Azərbaycan Partiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, partiya nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Read More »Sədr müavini: “YAP üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır”
“Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb”. Boyukmillet.com xəbər verir ki, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bununla bağlı yeni elektron sistem bazası qurulur: “Müxtəlif dövlət qurumları ilə birgə işlər görülür. “ASAN Xidmət” vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun …
Read More »Qarabağda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəştlər ediləcək
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlər müəyyən ediləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Sərəncamla Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək …
Read More »Prezident azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu …
Read More »Azad edilən ərazilərdə iş icazələrinin verilməsi proseduru təkmilləşdiriləcək
Müasir bilik və bacarıqlara malik mütəxəssislər işğaldan azad edilmiş ərazilərə cəlb ediləcək, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi proseduru təkmilləşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış …
Read More »Baş nazir rəsmi dövlət qəzetləri ilə bağlı qərar imzalayıb
Nazirlər Kabinetinin “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarına dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə qərarın adına “Xalq qəzeti” sözlərindən sonra “, “Respublika” sözü əlavə edilib. Bundan əlavə, qərarın “Bakinski raboçi” qəzetinin illik tirajı (nüsxə ilə) 1700-dən 166-ya, qəzet kağızına illik tələbat 123 tondan 12 tona …
Read More »İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib
Quba-Qonaqkənd avtomobil yolunun açılışı olub. Boyukmillet com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərləri çərçivəsində avtomobil yolunun açılışında iştirak ediblər.
Read More »Prezident rabitə və informasiya texnologiyaları sahəsində çalışanları təltif edib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər. 3-cü dərəcəli “Əmək” ordeni ilə Abasbəyli Siruz Hüseyn oğlu “Tərəqqi” medalı ilə Abbasov Cəmil Salman oğlu Ağayev Vaqif Şamil oğlu Aslanov Mübariz Sarı oğlu Əhədov İlham Cankişi …
Read More »Ceyhun Bayramovdan ölkə gənclərinə təbrik
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, XİN rəhbəri bu barədə özünün tviterdəki hesabında paylaşım edib. “5 dekabr – Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram”, – deyə nazir sosial şəbəkə hesabında yazıb.
Read More »Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar