Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyən olunmasına münasibətində qeyd edilib. …
Read More »Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib
O, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.İlham Əliyevin digər sərəncamı ilə o, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.Muxtar Babayev 2018-ci ildən ekologiya və təbii sərvətlər naziri idi.
Read More »Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək – RƏSMİ
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq ADRA-dan bildirilib. Qeyd olunub ki, “Reklam haqqında” qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın …
Read More »Nazirlər Kabinetinin üç qərarı ləğv edilib
Nazirlər Kabinetinin üç qərarı ləğv edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb. Qərara əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib. Həmçinin, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 …
Read More »Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Boyukmillet.com xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə …
Read More »Medianın İnkişafı Agentliyi daha bir saytın bloklanmasını istəyir
Baş redaktor bu addımı saytın fəlaliyyəti ilə əlaqələndirir, sifariş sayır Medianın İnkişafı Agentliyi (MEDİA) daha bir saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib. Agentlik “Anaxeber.info” saytının fəaliyyətinin dayandırılması ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib. Bu barədə Meydan TV-yə saytın baş redaktoru Azər Talıbov məlumat verib. O bildirib ki, bu gün – yanvarın 28-də Gəncə Apelyasiya Məhkəməsindən ona zəng edib …
Read More »Prezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib
Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı …
Read More »Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib
Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Belə ki, dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə …
Read More »Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Read More »Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”. #20Yanvar1990 pic.twitter.com/pXEbWEslCJ— Mehriban Aliyeva (@1VicePresident) January 19, 2025
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar