Bazar ertəsi , 12 Yanvar 2026

Daxili siyasət

Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir. Sabah onun 70 yaşı tamam olur.

Read More »

Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, V.Ələsgərov Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir. Bu gün onun 75 yaşı tamam olur.

Read More »

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com-un xəbərinə görə, paylaşımda deyilir: “Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Vətən uğrunda həlak olmuş bütün …

Read More »

Prezident: “Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır”

“Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində yer alıb. “Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, …

Read More »

İlham Əliyev Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma layihə haqqında məlumat verdi. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə …

Read More »

Prezident İlham Əliyev xalqa müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Əziz həmvətənlər! Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan …

Read More »

XİN: “Azərbaycanın müstəqilliyinin bərpasının 30 yaşını ləyaqətlə qeyd edirik”

“Tarixi Zəfərimizin ilk ilində Azərbaycanın müstəqilliyinin bərpasının 30 yaşını ləyaqətlə qeyd edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva tviter səhifəsində etdiyi paylaşımda bildirib. “Müstəqilliyimiz əbədi, tərəqqimiz bol, qüdrətimiz hər zaman uca olsun! 30 illiyin mübarək müstəqil Azərbaycan!”- XİN rəsmisi qeyd edib. Today marks the 30th Anniversary of the restoration of the independence …

Read More »

Azərbaycan Prezidenti: “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik”

“Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. Ötən bir il ərzində görülən genişmiqyaslı bərpa və quruculuq işləri barədə danışan dövlətimizin başçısı deyib: …

Read More »

İlham Əliyev: “Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq”

“Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməlinin qoyulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə …

Read More »

Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama görə, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə …

Read More »