Şənbə , 6 Dekabr 2025

Daxili siyasət

Baş nazirdən müharibə veteranları ilə bağlı QƏRAR

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə” dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara dəyişikliklə Əsasnamənin “Müharibə veteranları” hissəsinə yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik …

Read More »

Hidayət Orucov səfir vəzifəsindən geri çağırılıb

Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, H.Orucov 2012-ci ildə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Read More »

Prezident Avropa İttifaqının Azərbaycandakı yeni nümayəndəsinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Vilayət Eyvazov Bakıda polis idarəsinə yeni rəis təyin edib

Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Read More »

Prezident Gədəbəyin icra başçısını vəzifəsindən azad edib

İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, İbrahim Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Read More »

Deputat: “Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarındandır”

“Cəbrayıl rayonunun işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarından biri idi. Bu həm rayonun strateji əhəmiyyəti, həm də müharibə dövründə yaratdığı psixoloji üstünlük baxımından xüsusi önəm kəsb edirdi”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. O bildirib ki, Cəbrayıldan erməni silahlı qüvvələrinin çıxarılmasından sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu anlamağa başladı. Azərbaycan Ordusunun apardığı uğurlu …

Read More »

Prezident Misir Mərdanovu təltif edib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, sabah Misir Mərdanovun 75 yaşı tamam olur.

Read More »

Azərbaycan veteranları Prezident İlham Əliyevə müraciət edib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən “Nəsillərin görüşü” adlı konfransın iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, müraciətdə deyilir: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin hərbi-siyasi rəhbərliyinizlə aparılan və böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir səhifə açıb, …

Read More »

Bakı rayonlarının bir neçə icra başçısına ciddi xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib. İcra Hakimiyyətindən  verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi …

Read More »

İlham Əliyev: “Bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik”

“Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. Prezidentin sözlərinə görə, azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib: “Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. …

Read More »