Çərşənbə , 23 Aprel 2025

Daxili siyasət

Prezident və birinci xanım Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Əfv sərəncamı ilə azad olunan məhbus: Daha bu səhvləri etməyəcəm

Əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş məhbus səhvlərindən nəticə çıxararaq bir daha bunu təkrarlamayacağını deyib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan keçmiş məhkum Emin Tağıyev jurnalistlərə müsahibəsi zamanı bildirib: “Bağışlanmaq insanı düşünməyə vadar edir. Bundan nəticə çıxarıb daha bu səhvləri etməyəcəm”. O, Prezident İlham Əliyevə təşəkkür edib: “Prezidentə təşəkkür edirəm ki, bizi azadlığa buraxılmağımız üçün əfv …

Read More »

Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub, yeddi məhkum azad edilib

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Boyukmillet.com xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə doqquz nəfərə şamil olunub. İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeddi məhkuma arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar. Xatırladaq ki, …

Read More »

Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rahib Mirzəyevlə vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevun meyitinin qalıqları Şabran şəhərinə gətirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Rahib Ağaseyid oğlu Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın …

Read More »

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasovla vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Elməddin Şirxan oğlu Abbasov 1975-ci il fevralın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. O, 1994-cü il …

Read More »

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-nə qədər uzadılıb. Boyukmillet.com xəbər verir ki, həbs qətimkan tədbiri olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər. Qeyd edək ki, məhkəmə ötən ay onun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib. Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə …

Read More »

Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Cari ilin 14 may tarixində Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiyası həyata keçirilən səkkiz Azərbaycan vətəndaşının hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib. “Onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb. Aparatın nümayəndələrinə sosial xidmət müəssisəsi tərəfindən repatriantların …

Read More »

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan dövlətindən icazə alsın. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəninin təqdimat mərasimində deyib. O, Ermənistanın coğrafi baxımdan Azərbaycan ərazisindən keçən Kür və Araz çayların yuxarı hövzəsində yerləşməsinə diqqət çəkib: “Kür və Araz çaylarının yuxarı …

Read More »

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Sərəncamında əksini tapıb. Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib: Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin …

Read More »

Xocalı Rayon Məhkəməsinə sədr təyin edilib

Tural Mehman oğlu Ələkbərov Xocalı Rayon Məhkəməsinin sədri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Sərəncamında əksini tapıb. Sərəncamla T.Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.

Read More »