Türkiyənin “Haberglobal” telekanalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı reportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, reportajda bu gün baş tutan seçki prosesi izlənilib, səsvermə prosesi işıqlandırılıb. Həmçinin Azərbaycanın İstanbuldakı Baş konsulluğunda səsvermə porsesi ilə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda olduğu kimi səsvermə saat 19:00-da bitəcək, səslər sayılacaq və Azərbaycana təqdim ediləcək. Telekanal seçkilərdə 6 namizədlə mübarizə aparan hazırkı Prezident …
Read More »GUAM nümayəndəsi: “Azərbaycanda prezident seçkiləri demokratik normalar çərçivəsində keçirilir”
Azərbaycanda növbədənkənar prezident seçkiləri demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu GUAM nümayəndə heyətinin tərkibində seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib. “Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, – o vurğulayıb. …
Read More »Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermədə “exit-poll” keçirilir
Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, “exit-poll” üçün üç təşkilat – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC akkreditasiyaya alınıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir. Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı …
Read More »Prezident seçkiləri: saat 10:00-dək 19,44 faiz seçici səs verib
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 10.00-a qədər respublika üzrə 1259371 nəfər səs verib. Seçici fəallığı 19,44 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6493-dür. Qeyd edək …
Read More »Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ceyhun Bayramov prezident seçkilərində səsvermə hüququndan istifadə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib. Boyukmillet.com-un xəbərinə görə, nazir 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, …
Read More »Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində səsvermə başlayıb
Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi başlayıb. “Report”un Rusiya bürosunun məlumatına görə, Moskvada seçki məntəqəsi saat 08:00-da fəaliyyətə başlayıb və Moskva vaxtı ilə saat 19:00-a qədər açıq olacaq. Səsvermədə 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər. Ölkədən kənarda yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarını təmin etmək üçün 37 ölkədə 49 …
Read More »Məzahir Pənahov seçkilərin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan etdi
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib. Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər. “Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik”, – sədr bildirib. MSK sədri qeyd edib ki, fevralın 9-da isə qeyri-rəsmi nəticələri elan edəcəklər: “Daha sonra isə …
Read More »Şuşada prezident seçkiləri üzrə səsverməyə start verilib
İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə eçirilir. Boyukmillet.com xəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib. Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə …
Read More »MDB PA missiyası Azərbaycanda prezident seçkilərinin monitorinqinə başlayıb
MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputat və senatorların daxil olduğu müşahidə missiyasına Qazaxıstan parlamenti Senatının sədr müavini Jakip Asanov başçılıq edir. J.Asanov əvvəlcə Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub. Saat 08:00-da səsvermə …
Read More »