Çərşənbə , 7 May 2025

Daxili siyasət

Azərbaycan təhsili uzun illər ” diplom təhsili” kimi təşəkkül tapıb.

Azərbaycan Ümid Partiyasının “Elm və təhsil proqramı” barədə qısa xülasə Yeni təhsil qanununa ehtiyac var.Ölkəmizi qonşu və xarici dövlətlərdən ideoloji basqılar gözləyir. Özəlliklə təriqət və məzhəb davalarını Azərbaycana transformasiya etməklə, öz maraqlarını təmin etmək istəyən çoxsaylı qruplar və dövlətlər var. Təriqət və məzhəb savaşlarını gerçəkləşdirmək üçün ən optimal mühit təhsilsizlikdir. İlk növbədə, hər kəs etiraz edə bilər ki, Azərbaycanda təhsil …

Read More »

Mehriban Əliyeva akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Birinci vitse-prezidentin sosial şəbəkə hesablarında paylaşdığı təbrikində deyilir: “Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün …

Read More »

Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb

Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi …

Read More »

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər …

Read More »

Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncama dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü …

Read More »

Prezident İlham Əliyev Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli Arif müəllim! Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir. Siz Azərbaycan …

Read More »

Fizuli Məmmədov Prezident haqqında yazdı

Son illər yaşadığımız dünyada Azərbaycan olaraq heç alışmadığımız böyük bir rolu üzərimizə götürməyə başlamışıq… Bütün Yer kürəsində yaşayan sevənlərimizi də, sevməyənlərimizi də bir anlamda diqqətlərini üzərimizə yönəltməyə, bizi görməyə, bizdən danışmağa məcbur edirik. Artıq Azərbaycandan danışarkən, keç kəs ölkəmizin harada yerləşdiyini, burada yaşayan insanların necə bir xalq olduğunu soruşmur. Özümüzü yetərincə sübut etməyi bacardıq. Və qəribəsi budur ki, bunun üçün …

Read More »

Azərbaycan lideri: Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm

Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Azərbaycanın özünü tam təmin edən ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və …

Read More »

Azərbaycan lideri: Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu

Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib. Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini gördüyümüzü vurğulayan dövlət başçısı bildirib: “Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini …

Read More »

Prezident: Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır

2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib. Dövlət başçısı həmçinin bildirib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”.

Read More »