Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 106 nəfər köçürülür. Onlardan 17 ailə (56 nəfər) Bakı şəhərindən, dörd ailə (18 nəfər) Abşeron rayonundan, dörd ailə (15 nəfər) Sumqayıt şəhərindən, dörd ailə (14 nəfər) Füzuli rayonundan olub, daha bir ailə isə (üç nəfər) Beyləqan rayonunda qeydiyyatda olub. Bakı və …
Read More »Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib. Boyukmillet.com xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüzlərlə sakin Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni …
Read More »Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. …
Read More »Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “Şəhidlərimizi qürur və ehtiramla anırıq!” https://www.instagram.com/firstvicepresidentazerbaijan/?utm_source=ig_embed&ig_rid=ca4468f3-4c1a-4df2-ab76-17b8cfc679a8&ig_mid=3DA6D794-DF1E-4714-BD6D-BD4C9B28CAAB
Read More »“20 YANVAR XALQIMIZA QARŞI TÖRƏDİLMİŞ HƏRBİ CİNAYƏTDİR”
“1990-cı ildə Azərbaycan xalqına qarşı Sovet İttifaqı rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətin 34-cı ildönümünü yaşayırıq. Sovet imperiyasına məxsus hərbi birləşmələr tərəfindən həmin il yanvarının 19-dan 20-nə keçən gecə şəhərə silahlı müdaxilə edərək dinc əhaliyə qarşı qanlı divan tutulub. Bu zaman 134 nəfər şəhid olub, 744 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sovet ordusunun qanlı cinayətlərinə boyun əyməyən xalqımız Azərbaycanın istiqlaliyyəti …
Read More »Qanlı 20 Yanvar faciəsindən 34 il ötür
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Qanlı Yanvar hadisələrindən 34 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX …
Read More »Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com dövlət başçısının paylaşımını təqdim edir: https://www.instagram.com/p/C2ShiFstX0-/?utm_source=ig_embed&ig_rid=d5cb51b6-2b09-4462-967c-ed49f6d97d86&ig_mid=7DFE9AC6-71E1-4F5E-8A14-5EDDB49C7DEF
Read More »Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib –
Boyukmillet.com xəbər verir ki, Daimi Nümayəndəliyin kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, 20 Yanvar faciəsində vətənimizin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş, eyni zamanda günahsız qətlə yetirilmiş Azərbaycanın oğul və qızlarının, həmçinin, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.Ətraflı Tədbiri açıq elan edən Daimi …
Read More »Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edilib
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla nazirliyin vəzifələrində dəyişiklik aparılıb. Belə ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması …
Read More »Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi başa çatan cinayət işləri üzrə 43 milyon manatdan çox məbləğdə əmlaka həbs qoyub
Baş prokuror Kamran Əliyevin sədrliyi ilə yanvarın 19-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsi keçirilib. “Report”a qurumdan verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2023-cü il Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin …
Read More »