Naxçıvanda 32 nəfər gənc əməkdaşın polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, onlar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitiriblər. Əvvəlcə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak …
Read More »Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub
Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, müvafiq əmrlə Hidayət Əzimov müavin vəzifəsinə təyinat alıb. Faktı “Report”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib. Qeyd edək ki, 1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib. 2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində …
Read More »Prezident nazir müavinini vəzifədən azad edib – EKSKLÜZİV
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. Boyukmilllet.com-un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb. Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu. Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il …
Read More »Məzahir Pənahov: “Seçkiyə qədər müşahidəçilərin sayı 50 minə çatacaq”
Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasına çalışırıq. Müxtəlif qurumlarla həyata keçirdiyimiz maarifləndirmə tədbirlərinin də məqsədi budur və bu format ilkdir. Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. MSK sədri qeyd edib ki, Azərbaycanda keçirilən seçkiləri daxili aktorlarla yanaşı xarici təşkilatlar da izləyirlər: “Qeydə alınmış 7 …
Read More »“Vecon Consulting” illik hesabatını açıqladı
“Vecon Consulting” şirkəti qiymətləndirmə sektorunun aparıcı şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2023-cü ilin nəticələrini əks etdirən illik hesabat açıqlayıb. Boyukmillet.com xəbər verir ki, şirkətin illik hesabatında deyilir ki, 2023-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 11,1% artıb. Müvafiq olaraq şirkətin xərcləri 8,9 %, mənfəəti isə 13,6 % artıb. Yola saldığımız ildə “Vecon Consulting”in işçilərinin sayında da …
Read More »Müsahibədən keçən 52 vəkilliyə namizəd təlimə cəlb olunub
Müsahibədən keçən 52 vəkilliyə namizəd təlimə cəlb olunub. Boyukmillet.com xəbər verir ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 67 vəkilliyə namizəd iştirak edib. İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Read More »MSK üzvü seçki prosesində sosial media ilə bağlı diqqətli olmağa çağırıb
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadov seçki prosesində sosial media ilə bağlı diqqətli olmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, o, bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib ki, medianın seçici fəallığına birbaşa təsir göstərə bildiyini təcrübə göstərir: “Məsələn, ötən Prezident seçkilərində debatlar zamanı hər hansı qadağan olunmuş ifadələrdən istifadə edilirdisə, …
Read More »Media subyektlərinin bərabər seçkiqabağı təşviqat imkanları ilə bağlı müzakirələr aparılıb
Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətli maarifləndirmə layihələri intensiv şəkildə davam edir. Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə yanvarın 11-də Bakı şəhərində bərabər seçkiqabağı təşviqat …
Read More »Məzahir Pənahov: “Bir zamanlar separatçıların olduğu binada seçki məntəqəsi yaratmışıq”
Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib. “Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda ayrıca məntəqələr yaratmışıq, mediadan bu əraziləri diqqətdə …
Read More »Prezident: “Bizə qarşı qanlı müharibə aparan canilər ədalət qarşısında cavab verəcəklər”
Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərlərinin yer …
Read More »