Sosial Tədqiqatlar Mərkəzinin sədri vəzifəsi qurumun İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğluna həvalə edilib. Bu barədə “Report”a mərkəzdən bildirilib. 13:38 Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri vəzifəsinin icrasını dayandırıb. Bu barədə “Report”a STM-dən məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının yanvarın 6-dakı qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan …
Read More »Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib. Boyukmilllet.com-un xəbərinə görə, bununla bağlı Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində etdiyi paylaşımda qeyd olunub: “Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”. https://www.instagram.com/p/C1ytEcCsUf7/?utm_source=ig_embed&ig_rid=f4af1df0-bdb7-4bc6-9947-d5878fdccc3f&ig_mid=9A5CA01B-DDF0-4091-A893-990DE20B0B4C
Read More »Şəhidlərimizin xatirəsinə Quran ziyafəti təşkil olunub
Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən Qurani-Kərim ziyafəti təşkil olunub. Boyukmillet.com xəbər verir ki, səfirlikdən bildiriblər ki, giriş sözü ilə Türkiyə Səfirliyinin Din İşləri müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları …
Read More »Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinə cavab verib
Fransanın Ermənistandakı səfiri Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, ksenofob tvitlər və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını”düşünən fransız səfirin yanaşması sadəcə gülüş doğurur: “Bu ştatlı Azərbaycanofob özünü belə yolla Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır ki BMT …
Read More »Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb
Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb. Boyukmillet.com xəbər verir ki, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib. Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. MSK …
Read More »Prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər. Qeyd edək ki, sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinin …
Read More »Hərbçilər Laçında avtoqəzaya düşüb, həlak olanlar var
Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Read More »Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Plana əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyən edilib. Bu il təşkil ediləcək tədbirlər zamanı hərbi qulluqçuların …
Read More »Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatır
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Boyukmillet.com-un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək. Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Xatırladaq ki, …
Read More »Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub
Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, ölkədə 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin …
Read More »