Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Gələn il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq

2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Qeyd edək ki, dövlət başçısı İlham …

Read More »

Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq

2024-cü il yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq.Boyukmillet.com-un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Read More »

Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı açıqlanıb

2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Qeyd edilib ki, proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident …

Read More »

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, …

Read More »

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib – SİYAHI

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib. Boyukmillet.com Təqvim planını təqdim edir: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 dekabr 2023-cü il tarixli 7/16 saylı Qərarı ilə təsdiq edilmişdir. NÖVBƏDƏNKƏNAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN T Ə Q V İ M P L A …

Read More »

Məzahir Pənahov: “Qapılarımız beynəlxalq qurumların nümayəndələrinə açıqdır”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müraciət edən beynəlxalq qurumların nümayəndələrinə qapıların açıq olduğunu bəyan edib. Boyukmillet.com-un xəbərinə görə, bunu M.Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. “Beynəlxalq qurumların nümayəndələri bizə müraciət edəndə həmişə qapılarımız onlara açıq olub”, – sədr deyib. Onun sözlərinə görə, müəyyən qərəzli münasibət görəndə də, bunu açıq şəkildə müzakirə edirlər: “Yenə də müzakirələrimiz açıq olacaq. Beynəlxalq …

Read More »

Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, on yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət …

Read More »

Dövlət ehtiyatlarının saxlanılmasına dair layihə qəbul edilib

Azərbaycanda dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması və buraxılması qaydaları müəyyənləşdirilib. Boyukmillet.com  xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Sənədə əsasən, strateji ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində dövlət ehtiyatları üzrə məsul orqan həyata keçirir. Fövqəladə ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində Azərbaycanın mülki müdafiə sahəsində normativ-hüquqi aktları …

Read More »

Spiker: “Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək”

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin yaranan yeni reallıqların təsbiti olduğunu söyləyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda və …

Read More »

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq. Boyukmillet.com-un xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən …

Read More »