Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib – SƏRƏNCAM

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də müdafiə sənayesi naziri vəzifəsinə təyin olunmuşdu. O, dövlət başçısının bugünkü Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Read More »

Azərbaycanda Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”si və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və …

Read More »

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılır

Prezident İlham Əliyev noyabrın 17-də “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın …

Read More »

Bu il Azərbaycana giriş və ölkədən çıxış üzrə statistika açıqlanıb

Bu ilin 9 ayı ərzində Azərbaycana giriş və çıxış üzrə statistika açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Belə ki, bu ilin 9 ayı ərzində ölkəyə 1 milyon 536 min 378 nəfər giriş, 1 milyon 533 min 47 nəfər isə çıxış edib. Dövr ərzində 283 min 21 nəfər olduğu yer üzrə qeydiyyata alınıb. Məlumata görə, …

Read More »

Ötən ay Azərbaycanda qanunsuz yaşayan 1000-dən artıq əcnəbi saxlanılıb

Bu ilin oktyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 1001 əcnəbi saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurum məlumat yayıb.Qeyd olunub ki, onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı …

Read More »

DMX rəisi: “Qarabağ ermənilərinin ilkin qeydiyyatı həyata keçirilir”

“Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı həyata keçirilir”. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərlə görüşdə deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı işlər mərkəzləşdirilmiş qaydada aparılır: “Bununla əlaqədar işlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”.

Read More »

Mehriban Əliyeva “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciət edib

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti olub. Boyukmillet.com Birinci xanım Mehriban Əliyevanın müraciətini təqdim edir: “Hörmətli Əminə xanım, Hörmətli toplantı iştirakçıları, İlk növbədə Türkiyə Respublikasının Birinci xanımı, hörmətli Əminə Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə dərin təşəkkürümü bildirirəm. Hörmətli Əminə xanımın humanitar və …

Read More »

Azərbaycanda Konstitusiya Günü qeyd edilir

Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Boyukmillet.com xəbər verir ki, ölkə Konstitusiyası 28 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına …

Read More »

Prezident Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki,bununla da “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanuna təklif olunan dəyişiklik təsdiqlənib.Qanunla Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati …

Read More »