Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ikinci ildönümüdür. Boyukmillet.com xatırladır ki, bu gün Bəyannamənin imzalanmasından iki il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də …

Read More »

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq: – hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi; – hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi; – hakimlərin konfransı tərəfindən seçilən …

Read More »

Baş prokuror: “Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin mövcudluğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib”

“Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin mövcudluğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Qəbələdə təşkil olunmuş Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında qeyd edib. Vurğulanıb ki, Elmi-Məsləhət Şurasının iclası ilk dəfədir ki, Bakı şəhərindən kənarda – Qəbələ şəhərində təşkil edilib. Bildirilib …

Read More »

NK-nın şöbə müdiri: “Qarabağda yeni su elektrik stansiyaları inşa ediləcək”

“Qarabağda yeni su elektrik stansiyaları (SES) inşa ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə “İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda deyib. O, hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyasının bərpa edildiyini xatırladıb. Şöbə müdiri bildirib ki, Qarabağ hidroenerji potensialına malik regiondur. “İlin sonuna …

Read More »

Gələn il Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin qurultayı keçiriləcək – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, gələn il Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin qurultayı keçiriləcək Vüqar Oruc: “Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti isə assosiativ qaydada təmsil olunur” İyunun 1-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis …

Read More »

Prezident İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, …

Read More »

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) …

Read More »

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı mədəni-kütləvi tədbir keçirib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik məhrumiyyətləri ilə üzləşmiş insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici …

Read More »

Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16 500 kvadratmetr olacaq. …

Read More »