Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Əziz Qardaşım, Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz …
Read More »Ombudsman Qarabağın erməniəsilli sakinlərinin hüquqlarının təmin olunmasından danışıb
“Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməniəsilli sakinlərin nümayəndələrinin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünü təqdirəlayiq hesab edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağda yaşayan erməni əsilli sakinlərin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünə dair açıqlamasında deyib. Onun sözlərinə görə, multikultural və tolerant dövlət olan Azərbaycan milliyətindən, dinindən, dilindən, irqindən …
Read More »Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq”
Bu gün “Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. Boyukmillet.com xəbər verir ki, “Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq” adlı veriliş Qərbi Azərbaycanın Loru mahalının, Kalinino (indiki Taşir) rayonunun Qızılşəfəq kənd sakini Nazirə Dəmirçiyevanın həyat hekayəsinə həsr olunub. O, doğulub böyüdüyü kənddə uşaqlıq, orta məktəb və yeniyetmə çağlarının çox …
Read More »Onnik Krikoryan: “Erməni əhalinin reinteqrasiyası mümkündür və buna dəstək vermək lazımdır”
“Erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası mümkündür və buna dəstək vermək lazımdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə britaniyalı jurnalist Onnik Krikoryan “X” sosial şəbəkəsində yazıb. “Daha əvvəl imtina etmələrinə baxmayaraq, ötən gün Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri ilə görüşüblər. Bunun Ermənistanla heç bir əlaqəsi yoxdur və onlara uğurlar arzulayıram”, – o qeyd edib. Onun sözlərinə görə, görünən odur …
Read More »“Azərbaycan Prezidenti növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi” – RƏY
“Azərbaycan Prezidenti İlham Əliyev dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini, sülhpərvərliyini, sivilliyini dünyaya nümayiş etdirdi”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. Onun sözlərinə görə, dövlət başçısının xalqa dünənki müraciəti tarixi əhəmiyyət daşıyır: “Çünki Azərbaycan dövləti ərazisində olan 30 illik separatizmə son qoyub və bunu şərəflə, qələbə qazanaraq edib. Biz son 30 ildə, ələlxüsus da 44 günlük Vətən müharibəsindən …
Read More »İcma: “Ermənistan öz ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxarmalı, xunta rejimi ləğv olunmalıdır”
Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən …
Read More »Azərbaycan Ombudsmanı ermənilərin Xocavənddə törətdiyi terror aktları ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib. Boyukmillet.com xəbər verir ki, S.Əliyeva bildirib ki, Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir. Qeyd olunub ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz …
Read More »BQXK-nin yük avtomobili Xankəndidən Ağdama qayıdıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb. Boyukmillet.com xəbər verir ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb. Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Read More »PA-nın sektor müdiri: Minalar itkin düşmüş şəxslərin tapılmasına mane olur
“Ölkəmizin üzləşdiyi əsas problemlərdən biri Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib. O bildirib ki, 3 900-ə yaxın vətəndaş itkin düşmüş hesab olunur: “Onlardan 6 nəfəri Vətən müharibəsi nəticəsində itkin düşüb. Etibarlı mənbələrə əsasən deyə …
Read More »Xankəndi-Gorus istiqamətində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub
Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub. Boyukmillet.com xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 80-ə qədər şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər. Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Bu, bir …
Read More »