Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub. Boyukmilet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “The Khaama Press” agentliyi məlumat yayıb. Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib. İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış. Hadisə ilə bağlı istintaq aparılır.
Read More »BMT TŞ Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası (TŞ) dekabrın 6-da Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndiliyi məlumat yayıb. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, BMT Təhlükəsizlik Şurasında Qərb ölkələrinin təşəbbüsü ilə Ukraynadakı humanitar vəziyyətlə bağlı iclas keçiriləcək.
Read More »KİV: “Kanada ərazilərin minalardan təmizlənməsi üçün Ukraynaya 11 milyon dollar ayıracaq”
Kanada minatəmizləmə avadanlıqlarının tədarükü üçün Ukraynaya 11 milyon ABŞ dolları verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Globe and Mail” məlumat yayıb. Bildirilib ki, Ukraynaya ayrılan vəsait minaların və digər partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsinin maliyyələşdirilməsinə kömək etmək üçün istifadə olunacaq.
Read More »Rusiya səfiri Kanada XİN-ə çağırılıb
Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə səfir məlumat verib. Onun sözlərinə görə, Kanada XİN-ə çağırılmasına səbəb Rusiya diplomatik missiyasının Qolodomorla bağlı bəyanatı olub.
Read More »Hulusi Akar Yunanıstana xəbərdarlıq edib: “Ağlınızı başınıza yığın!”
“Ağlınızı başınıza yığın!” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanla münasibətlər barədə danışarkən deyib. Onun sözlərinə görə, Yunanıstan gərginliyi artıracaq təxribatlardan əl çəkməlidir: “Biz səbir edib diplomatik həllə inanırıq. Amma dialoq çağırışımız zəiflik deyil. Haqqımızı müdafiə edəcəyik”. Nazir həmçinin bildirib ki, rəsmi Ankara Afina ilə dialoq təkliflərini hər zaman gündəmdə saxlayır.
Read More »ABŞ Rusiyaya bağlı “Vaqner” dəstəsini terror təşkilatı elan etmək niyyətindədir
ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə senator Rocer Vikerin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Nümayəndələr Palatasında da analoji təşəbbüsə baxılacaq. Qeyd olunub ki, demokratlar Stiven Koen və Mark Veasi, respublikaçılar Co Vilson və Riçard Hadson təklifi dəstəkləyən təşəbbüsü Nümayəndələr …
Read More »Kiyev Ukraynanın hərbi itkilərinin sayını açıqlayıb
Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib. “Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, – M.Podolyak bildirib. Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.
Read More »Ukraynada 20 mindən çox mülki şəxs həlak olub, ölkəyə 600 milyard avro ziyan dəyib
“Rusiyanın təcavüzkar müharibəsi nəticəsində Ukraynada 20 mindən çox mülki şəxs həlak olub”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviterdə yazıb. O bildirib ki, Ukraynanın ümumi itkiləri 100 min nəfərdir. Ursula Fon der Lyayen, həmçinin qeyd edib ki, Ukraynaya dəyən zərər 600 milyard avro həcmindədir: “Rusiya cinayətləri ilə məşğul olmaq üçün ixtisaslaşdırılmış məhkəmə yaratmaq istəyirik. …
Read More »Türkiyə XİN başçısı britaniyalı həmkarı ilə Ukraynadakı savaşı müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə britaniyalı həmkarı Ceyms Kleverli arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri bu barədə tviterdə yazıb. “Buxarestdəki təmaslarımızı Britaniya XİN başçısı ilə davam etdirdik. Ukraynadakı son durumu, iqtisadi və təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı müzakirə etdik”, – o vurğulayıb.
Read More »Cənubi Koreya Prezidenti Çini Şimali Koreyanı nüvə proqramından çəkindirməyə çağırıb
Koreya Respublikasının (Cənubi Koreya) Prezidenti Yun Sok Yol Çin Xalq Respublikasının (ÇXR) Koreya Xalq Demokratik Respublikasına (KXDR, Şimali Koreya) Pxenyanın öz nüvə-raket proqramından əl çəkməsi üçün təsir göstərməli olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın lideri “Reuters”ə müsahibəsində deyib. Prezident müsahibəsində deyib ki, “Çinin Şimali Koreyaya təsir etmək imkanı və prosesdə iştirak etmək məsuliyyəti var”. Onun fikrincə, …
Read More »