Nobel Sülh mükafatı 2022-ci il üzrə belaruslu hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatlarına verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb. Qeyd edək ki, Nobel Sülh mükafatının ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə …
Read More »Rusiya ABŞ-ı hədələyib
“ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır: “Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir”. S.Lavrov söyləyib ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına …
Read More »Ekvadorda həbsxanada toqquşma zamanı 15 nəfər öldürülüb
Ekvadorun Kotopahi əyalətində həbsxanada baş verən qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Diario Expreso” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, polis artıq cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarətə götürüb. Qeyd olunub ki, qarşıdurma narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.
Read More »Parisdə Qarabağa həsr olunmuş tədbir keçirilib
Fransanın paytaxtı Paris şəhərində Qarabağa həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Parisdə Şuşa ili çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və “Art Council Azerbaijan”ın təşkilatçılığı ilə azərbaycanlı uşaqların əl işlərindən ibarət “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi və beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında konsert keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ADA-nın …
Read More »NATO-nun 9 ölkəsi Ukraynaya hərbi yardımı artırmağa çağırıb
NATO-nun 9 ölkəsi (Polşa, Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Rumıniya, Slovakiya) Ukraynaya hərbi yardımı əsaslı şəkildə artırmağa çağırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “RBC-Ukraina” liderlərin müvafiq bəyanatına istinadən xəbər verir. “Biz 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik. Rusiyanın bütün işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya …
Read More »İraqda etirazçılar hakimiyyətə 25 gün vaxt verib
İraqın paytaxtı Bağdadda etirazçılar siyasi böhranı həll etmək üçün ölkə rəhbərliyinə oktyabrın 25-dək vaxt veriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb. Etirazçılar hakim elitaya partiyalararası çəkişmələri dayandırmaq və siyasi böhrana son qoymaq tələbi ilə müraciət ediblər. Əks halda, onlar həm ölkə paytaxtında, həm də əyalətlərdə etiraz hərəkatını gücləndirəcəklər. Oktyabrın 1-də Bağdadın mərkəzində “Tişrin hərəkatı”nın üçüncü ildönümünə …
Read More »Ersin Tatar İznikdə Ərdoğanla görüşdü
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Bursa vilayətinin İznik bölgəsində keçirilən 4-cü Dünya Köçəri Oyunlarının açılış mərasimindən sonra keçirilən görüş təxminən 20 dəqiqə davam edib. Görüşdə KKTC Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib. Oyunların keçirildiyi ərazidə qurulan Prezident çadırında baş …
Read More »Zelenski Ukraynanın şəhər tipli qəsəbəsinin azad edildiyini təsdiqləyib
Ukrayna hərbçiləri Donetsk vilayətinin Kramatorsk rayonunun Limanski şəhər icmasında yerləşən şəhər tipli Yampol qəsəbəsini Rusiya hərbçilərindən azad edib. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib. Prezident Yampolun azad edilməsinə görə 214-cü əlahiddə atıcı batalyonunun, 103-cü əlahiddə müdafiə briqadasının hərbçilərinə təşəkkür edib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri …
Read More »ABŞ Çin, Ermənistan və Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
Amerika Birləşmiş Ştatları Çin, Belarus və Ermənistan şirkətlərini Rusiyaya qarşı ixrac nəzarəti tədbirlərini pozmaqda ittiham edərək onlara qarşı sanksiyalar tətbiq edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib. Məlumata görə, sanksiya siyahısına 57 hüquqi şəxs daxil edilib.
Read More »Volodimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasını toplayıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının ofisindən bildirilib. Toplantıda müzakirə olunan məsələlər açıqlanmayıb. Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov iclasdan sonra deyib ki, Ukrayna üçün vacib və fundamental qərarlar qəbul olunub və onlar ictimaiyyətə açıqlanacaq.
Read More »