Bu gün ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir. Boyukmillet.com xəbər verir ki, Baş Assambleyanın 77-ci (UNGA 77) yüksək səviyyəli həftəsi bu gün dünyanın böyük gücləri arasında artan gərginlik, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, iqlim və enerji böhranları fonunda öz işinə başlayır. BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələrini qarşılayan Nyu-Yorkda təhlükəsizlik ən …
Read More »Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb
Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib. Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb. Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.
Read More »Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər
Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Boyukmillet.com-un xəbərinə görə, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi …
Read More »Qırğızıstanda 19 sentyabr matəm günü elan edilib
Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulur. Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri …
Read More »Qırğızıstan Tacikistanla silahlı toqquşmalarda 129 nəfərin yaralandığını açıqlayıb
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd edilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib. Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, …
Read More »ABŞ Dövlət Departamenti Tacikistan və Qırğızıstanı atəşkəsə riayət etməyə çağırıb
ABŞ Dövlət rəsmi Departamenti Düşənbə və Bişkeki sərhəddə atəşkəs rejiminə riayət etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib. “Biz hər iki tərəfi atəşkəsə riayət etməyə və diplomatik vasitələrlə sakitliyi bərpa etmək üçün səyləri ikiqat artırmağa çağırırıq”, – o, tviter səhifəsində yazıb. “Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq”, – Ned …
Read More »KİV: “Tacikistan hərbçiləri Qırğızıstanda inzibati binanı ələ keçirib”
Tacikistan hərbçiləri Qırğızıstanda inzibati binanı ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici KİV yazıb. Teleqram kanallarında hadisəni əks etdirən görüntülər də yayılıb. Kadrlarda tacikistanlı hərbçilərin dövlət bayraqlarını inzibati binanın damında dalğalandırdıqları əks olunur.
Read More »ABŞ-dakı ermənilər Paşinyanın istefası tələbi ilə aksiya keçirib
Erməni diasporunun bir qrup nümayəndəsi Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, aksiyaçılar Paşinyanın Ermənistan parlamentində hökumətin iclası zamanı səsləndirdiyi bəyanatlardan hiddətlənib. Etirazçılar hazırda İrəvanın mərkəzində, Baqramyan prospektində keçirilən çoxminlik aksiyanın iştirakçılarına dəstək ifadə ediblər.
Read More »Zelenski Putinlə danışıq ehtimalını qiymətləndirib
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb. “Bu gün, yox. Mən onların (Rusiya – red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır – o (Putin – red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir – ultimatum səsləndirənlərə danışmayacam”, – Ukrayna Prezidenti Putinlə danışıqlarla bağlı sualı cavablandırıb. O, həmçinin …
Read More »Yunanıstanın Baş naziri: “Ərdoğanla görüşə hazıram”
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti yazıb. O qeyd edib ki, Praqa belə bir görüş üçün potensial yer ola bilər. Mitsotakis Türkiyə ilə təkcə keçmişə deyil, həm də gələcəyə baxacaq dostluq münasibətləri qurmaq istədiyini bildirib. Bundan əvvəl Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala əyaləti …
Read More »