Cümə , 17 Aprel 2026

Digər ölkələr

ABŞ-ın Suriyadakı bazası raket hücumuna məruz qalıb

“İraqın İslam Müqaviməti” hərəkatına aid silahlı silahlı qruplaşmalar Suriyanın Haseke əyalətinin cənubundakı Əş-Şəddadi şəhərindəki ABŞ hərbi bazasına raket zərbələri endirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Shafaq News” xəbər portalı məlumat yayıb. Məlumata görə, Əl-Cəbsə neft yatağının yanında yerləşən hərbi obyektə çoxsaylı raket sistemlərindən atəş açılıb. Hücum zamanı bazada bir neçə partlayış baş verib. Bundan əvvəl Suriyadakı bazada yerləşdirilmiş Amerika qüvvələrinin …

Read More »

Tramp Qərb ölkələrinə Kiyevə maliyyə yardımı ilə bağlı xəbərdarlıq edib

“Avropa ölkələrinin Ukrayna ilə bağlı xərcləri Vaşinqtonun ayırdığı maliyyəyə uyğun olmalıdır, əks halda ABŞ Kiyevə yardımı davam etdirə bilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. “Çox ədalətsizdir. Mən deyirəm ki, NATO müttəfiqləri hesabı bərabərləşdirməlidirlər və bunu etməsələr, Birləşmiş Ştatlar Kiyevi maliyyələşdirməyə davam edə bilməyəcək”, – o deyib. Qeyd edək ki, ABŞ administrasiyası Ukraynaya 250 …

Read More »

Fransanın ən böyük bankı çirkli pulların yuyulmasında iştirak edib

Fransada ölkənin ən böyük bankı olan “BNP Paribas”, “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş “TCR International Limited” broker şirkətinin filialına qarşı ağırlaşdırıcı hallarda çirkli pulların yuyulması ilə bağlı ilkin istintaq başladılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Fransanın “Monde” qəzeti Paris prokurorluğuna istinadən xəbər verir. Hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər “TCR International Limited” vasitəsilə həyata keçirilən bir …

Read More »

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb

ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir. Qeyd olunub ki, bu, 2023-cü ildə sonuncu yardım paketidir. Paketə hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıqlar, reaktiv yaylım atəş sistemi üçün döyüş sursatları, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, tank əleyhinə silahlar daxildir.

Read More »

ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı obyektlərinə zərbələr endirib

ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı hərbi bazalarına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik İdarəsinin sözçüsü Adrienne Vatson deyib. O bildirib ki, bu, ABŞ-ın İraqdakı hərbi bazasının atəşə tutulmasına cavabdır. Qeyd olunub ki, sözügedən hücum barədə dərhal ABŞ Prezidenti Cozef Baydenə məlumat verilib. Dövlət başçısı isə cavab tədbirlərinin görülməsini tapşırıb. Bildirilib ki, ABŞ bazalarına hücum …

Read More »

Yaponiyanın kosmik aparatı Ayın orbitinə buraxılıb

Yaponiyanın “SLIM” aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb. “Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir”, – …

Read More »

İsrail HƏMAS liderləri üçün yeni plan hazırlayır

İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatının liderlərinin Qəzza zolağında saxlanılan girovlarla dəyişdirilməsi müqabilində onların qətlindən imtina etmək imkanını nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kan 11” telekanalı mənbələrə istinadən məlumat yayıb. İsrail rəhbərliyi HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfə toxunulmazlıq verilməsi imkanlarını öyrənir. Sonra isə girovların azad edilməsi müqabilində onlar Qətərə …

Read More »

Albaniyanın Britaniyaya təyin olunan yeni səfirinin qanunsuz miqrant olması üzə çıxıb

Albaniyanın Böyük Britaniyaya təyin olunan yeni səfiri Uran Ferizinin qanunsuz miqrant olması üzə çıxıb. Boyukmillet.com “Daily Mail”ə istinadən xəbər verir ki, Uran Ferizi 1998-ci ildə qanunsuz olaraq Birləşmiş Krallığa daxil olub və öz mənşəyi barədə yalan danışıb. Ferizi Kosovadakı müharibədən qaçdıqdan sonra ingilis qadınla ailə quraraq ölkədə qalmaq üçün icazə almağı bacarıb. O, Oksfordda təhsil alıb, Londonda maliyyə analitiki işləyib …

Read More »

KİV: Hindistan yaxınlığında gəmiyə hücum edən PUA İrandan buraxılıb

Şənbə günü Hindistan sahillərində gəmiyə hücum etmiş pilotsuz uçuş aparatı (PUA) İrandan buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” Pentaqona istinadən məlumat yayıb. “Liberiya bayraqlı, Yaponiyaya məxsus, Niderland tərəfindən qulluq edilən kimyəvi maddə daşıyan tanker “Chem Pluto” yerli vaxtla təxminən saat 10:00-da Hind okeanında, sahildən 200 dəniz mili (370 km) məsafədə İrandan atılan kamikadze pilotsuz uçan aparat …

Read More »

Fransada solçu deputatlar Konstitusiya Şurasından miqrasiya haqqında qanunun ləğvini tələb edirlər

Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) bir qrup deputatı respublikanın Konstitusiya Şurasına – ölkə Konstitusiyasının yeni qanunlarının müvafiqliyini müəyyən edən instansiyaya müraciət edərək, miqrasiya haqqında yeni qanunun ləğvini tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Parlamentarilərin sözlərinə görə, “sənəddə Konstitusiyaya zidd olan rekord sayda maddə mövcuddur”. Onlar Konstitusiya Şurasından qanunun tam ləğvini tələb edirlər. Deputatların …

Read More »