Çərşənbə , 1 Yanvar 2025

Digər ölkələr

Üç NATO ölkəsi Ukraynaya 70 təyyarə verəcək

Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək. Boyukmillet.com məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, – məlumatda deyilir. Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd …

Read More »

ABŞ dövlət katibi Ukraynaya silah və Rusiyaya qarşı sanksiyalar vəd edib

ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ukraynalı nazir tviterdə yazıb. Onun sözlərinə görə, Ukrayna ABŞ-dan Rusiyaya qarşı daha ​​çox sanksiyalar, ölkə üçün isə silahlar istəyir: “Dövlət katibi təsdiqləyib ki, həm birinci, həm də ikincilər daha çox olacaq. Biz növbəti addımlar barədə razılığa gəldik”, – …

Read More »

Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək

Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo mətbuat konfransında deyib. “Bu gün biz Ukraynanı tank əleyhinə silah sistemləri və modernləşdirilmiş döyüş sursatları ilə təchiz edəcəyimizi elan edirik”, – o deyib. Fevralın 27-də Kanada hakimiyyəti Ukraynaya 25 milyon Kanada dolları (19,6 milyon ABŞ dollar – Red) dəyərində silahlar tədarük …

Read More »

Britaniya Rusiyanı İnterpoldan çıxarmağa çalışır

Böyük Britaniya Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın İnterpoldan çıxarılmasına çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən daxili işlər naziri Priti Patel bildirib. “Ukrayna hökuməti bu gün Rusiya hökumətinin İnterpola üzvlüyünün dayandırılmasını tələb edib. Biz buna nail olmaq üçün beynəlxalq səylərə rəhbərlik edəcəyik”, – nazir deyib.

Read More »

Qərbi Azərbaycan İcmasının sədri İqdırda Xocalı soyqırımının Anım tədbirində iştirak etmişdir

Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Türkiyənin İqdır şəhərində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun və İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləəmə Dərnəyinin birgə təşkilatçılığı ilə Anım tədbiri keçirilmişdir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də tədbirdə iştirak və çıxış etmişdir.İqdır Mədəniyyət Evində keçirilən …

Read More »

İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək

İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo bildirib. Həmin vəsaitlər Ukrayna əhalisini və iqtisadiyyatını dəstəkləmək üçün istifadə olunacaq. Di Mayo qeyd edib ki, 110 milyon avro maliyyə Kiyevlə razılaşdırılacaq sahələrə yönəldiləcək.

Read More »

Aİ Ukraynaya döyüş təyyarələri verəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar. Boyukmillet.com xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib. “Biz silah, döyüş silahı, hətta döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk”, …

Read More »

Danimarka Ukraynaya hərbi texnika ilə dəstək, könüllülərin döyüşməsinə icazə verib

Danimarka Ukrayna uğrunda müharibədə öz könüllülərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını təsdiqləyib. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkə vətəndaşları Ukraynada beynəlxalq müdafiə legionuna qoşula bilərlər. Onun sözlərinə görə, ukraynalı hərbçilər Danimarkadan 2 700 tank əleyhinə qumbaraatan və sursat alacaqlar. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb. Prezident Ukraynanın …

Read More »

Rusiya nümayəndə heyəti Ukrayna təmsilçiləri ilə danışıqlar üçün Belarusa gedib

Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Əldə edilmiş razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Biz bu danışıqları Qomeldə başlamağa hazırlaşacağıq”, – Peskov jurnalistlərə …

Read More »

Avropa İttifaqı Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayır

Avropa İttifaqı ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq. Boyukmillet.com-un məlumatına görə, bu barədə ARD telekanalı məlumat yayıb. Telekanal qadağanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verməyib. Bu günə qədər Bolqarıstan, Böyük Britaniya, Latviya, Litva, Polşa, Rumıniya, Sloveniya, Çexiya və Estoniya öz hava məkanlarını Rusiyaya bağlamaq barədə qərar qəbul ediblər.

Read More »