Çərşənbə axşamı , 13 Yanvar 2026

Digər ölkələr

“Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir“ – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin uzaqmənzilli silahların coğrafi əhatə dairəsini genişləndirmək üçün hədəflər müəyyən etdiyini açıqlayıb.  Zelenski bu barədə “Telegram” kanalında yazıb. Zelenski qeyd edib ki, Ali Baş Komandanın Qərargahının iclasında müəyyən dövrdə uzaqmənzilli zərbələrin effektivliyi və əldə edilən uğurlar təhlil olunub. “Rusiyanın neft emalı sənayesi müharibə səbəbindən artıq ciddi itkilər yaşayır və onlar itirməyə davam edəcəklər. Biz uzaqmənzilli imkanlarımızın …

Read More »

PKK Türkiyədən bütün qüvvələrini çıxarır

Kürdüstan Fəhlə Partiyası (PKK) bazar günü bəyan edib ki, silahlı qüvvələrini Türkiyədən İraqın şimalına çəkir. Bu addım təşkilatın silahsızlanma və siyasi inteqrasiya prosesinin bir hissəsi kimi qiymətləndirilir. Bu barədə “Reuters” agentliyi yazıb. Təxminən 40 ildir Türkiyəyə qarşı silahlı mübarizə aparan PKK-nin fəaliyyətləri nəticəsində 40 mindən çox insan həlak olub. Təşkilat bu ilin mayında 76 yaşlı, hazırda həbsdə olan lideri Abdullah Öcalanın …

Read More »

İsrail 2023-cü ildən bəri ilk dəfə ölkənin cənubundakı xüsusi rejimi ləğv edir

İsrailin müdafiə naziri İsrael Kats 2023-cü il oktyabrın 7-də baş verən hücumdan bəri ilk dəfə ölkənin cənubundakı xüsusi rejimin ləğv edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabia” nəşri məlumat yayıb. Xüsusi rejim 2023-cü il oktyabrın 7-də bütün ölkə üzrə tətbiq edilib, lakin sonradan yalnız cənubda qüvvədə qalıb. Sərəncamın qüvvədəolma müddəti sabah başa çatacaq və iki ildən çox …

Read More »

Putin nüvə ilə dünyanı hədələyir – “Burevestnik” sınağı Kreml strategiyasında yeni mərhələ kimi

Rusiya rəhbərliyi nüvə gücünü yenidən qlobal siyasətin mərkəzinə çəkir. Boyukmillet.com xəbər verir ki, prezident Vladimir Putinə nüvə enerjisi ilə işləyən 9M730 “Burevestnik” qanadlı raketinin uğurlu sınaqlarının başa çatması barədə məruzə edilib. Sınaq zamanı raket 15 saata yaxın havada qalaraq təxminən 14 min kilometr məsafə qət edib. Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, bu raketin “uçuş məsafəsi faktiki olaraq məhdudiyyətsizdir” və …

Read More »

180 min dollarlıq avtomobili OĞURLANDI

Naməlum şəxslər ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, hazırda tanınmış ekspert, analitik və televiziya aparıcısı Şakil O’Nilın avtomobilini oğurlayıblar. “Page Six” xəbər verir ki, “Range Rover” markalı avtomobil Atlantadan Luizianaya daşınarkən oğurlanıb. Mövcud məlumata görə, nəqliyyat vasitəsinin təxmini dəyəri 180.000 dollardır. Oğruların nəqliyyat vasitəsinin daşınması ilə məşğul olan şirkətin veb saytını sındıraraq daşınma məlumatlarını dəyişdikləri güman edilir.//Oxu.az

Read More »

ABŞ Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

ABŞ Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı yeni sanksiyalar paketi hazırlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ağ Ev rəsmilərinə istinadən “Reuters” agentliyi yayıb. Bildirilir ki, ABŞ yeni sanksiyaları tətbiq etmək üçün ilk addımların Avropadan atılmasını gözləyir. Agentliyin verdiyi məlumata görə, Kreml Ukraynadakı müharibəni davam etdirərsə, bu sanksiyalar tətbiq oluna bilər. Vaşinqton Avropanın əvvəlcə Moskvaya təzyiqi artırmasını istəyir, məsələn, yeni sanksiyalar və ya …

Read More »

Kiyev ballistik raketlərlə atəşə tutulub, uşaq bağçası dağılıb

Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə ballistik raket zərbələri endirib. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində yaralananlar var, binalar və avtomobillər zədələnib, yanğınlar baş verib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxt meri Vitali Kliçko bildirib ki, hücum haqqında məlumat təxminən saat 04:00-da daxil olub. Ukrayna Hərbi Hava Qüvvələri şimal-şərq istiqamətindən ballistik raket təhlükəsi barədə …

Read More »

Tramp Venesuelaya bombardmançı təyyarələrin göndərilməsi xəbərini təkzib edib

Prezident Donald Tramp ABŞ-nin “B-1 Lancer” bombardmançı təyyarələrinin Venesuela hava məkanı yaxınlığında uçması ilə bağlı xəbərləri təkzib edib. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə Ağ Evdə keçirilən brifinqində bildirib. Trampdan “The Wall Street Journal” qəzetinin Prezident Nikolas Maduro hökumətinə təzyiqi artırmaq üçün Venesuela yaxınlığında uçan bombardmançı təyyarələr haqqında xəbərinin doğru olub-olmadığını aydınlaşdırmaq istənilib. “Xeyr, bu doğru deyil”, – ABŞ lideri …

Read More »

NATO-dan ilk – Rusiya hərbi gəmisinin qarşısı kəsilib

NATO-nun əmri ilə hərəkət edən Britaniya hərbi dəniz qüvvələri şimal dənizi sahillərində Rusiya hərbi gəmisinin qarşısını kəsib. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat Fransa və Hollandiyanın iştirakı ilə həyata keçirilib. Sky News-un məlumatına görə, Britaniyanın “HMS Duncan” esminesi və “Wildcat” helikopteri Rusiyanın sualtı qayıqlara qarşı müdafiə gəmisi “Vitse-admiral Kulakov”un qarşısını kəsib. Gəmi Britaniyanın müşahidə zonasına daxil olub və …

Read More »

ABŞ narkotik daşıyan daha bir qayığa zərbə endirib – Heqset

Pentaqon rəhbəri Pit Heqset ABŞ qüvvələrinin Sakit Okeanda beynəlxalq sularda narkotik ticarəti üçün istifadə olunan qayığın məhv edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nazir bunu X hesabında edib. Onun sözlərinə görə, oktyabrın 22-də ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sakit Okeanın şərqində kiçik gəmiyə zərbələr endiriblər. Heqset bildirib ki, qayıqda ABŞ-ın terror təşkilatı hesab etdiyi təşkilata aid narkotiklər …

Read More »