Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XXXII olacaq. Oyunlarda 206 ölkədən ümumilikdə 11 000-dən çox idmançı qüvvəsini sınayacaq. “Discover Tomorrow” (“Sabahı kəşf et”) şüarı ilə təşkil olunacaq olimpiadanın açılışı Yaponiya Milli Stadionunda baş tutacaq. Mövcud vəziyyətlə …
Read More »Dubayda iki təyyarə toqquşub
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) azbüdcəli “Flydubai” aviaşirkətinə məxsus təyyarə Bəhreynin “Gulf Air” hava yollarına aid təyyarə ilə Dubayda hava limanında toqquşub. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən bildiriblər. Məlumata görə, təyyarə Dubaydan Qırğız Respublikasının paytaxtı Bişkekə hərəkət edirmiş. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, sərnişinlər başqa təyyarə ilə reys üzrə hərəkət ediblər.
Read More »Çində tikilməkdə olan tunelin su ilə dolması nəticəsində 13 işçi ölüb
Çinin cənubundakı Quandun əyalətində tikilməkdə olan tuneli su basması səbəbindən ən azı 13 işçi ölüb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb. Bildirilir ki, tunelin su ilə dolması zamanı xilasedicilər əvvəlcə üç nəfərin, daha sonra on nəfərin cəsədini tapıblar. Lakin 1 nəfər itkin düşüb.
Read More »Bağdadda partlayış nəticəsində 30 nəfər öldü
Bağdadda baş verən terror aktı nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər yaralanıb. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Shafaq News xəbər portalı xəbər verib. Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb. Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var. Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili …
Read More »Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı artır
Almaniyanın qərb bölgəsində son günlər yaşanan daşqın və sel fəlakəti nəticəsində ölənlərin sayı 164-ə çatıb. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Reynland Pfalz əyalətinin Koblenz şəhər polisi bildirib. Ölənlərin 117 nəfəri sözügedən əyalətin Arvayler dairəsindən, 46 nəfəri isə Şimali Reyn-Vestfaliya əyalətindəndir. Xəsarət alanların isə hazırda 749 nəfər olduğu bildirilir. Xatırladaq ki, ötən həftədən etibarən Almaniyanın qərb və cənub-qərb …
Read More »Almaniyada təyyarə qəzaya uğradı, ölənlər var
Almaniyanın Baden-Württemberg əyalətinin Böblinqen bölgəsində yüngül mühərrikli bir təyyarə qəzaya uğrayıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə SWR televiziya və radio şirkəti məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində üç nəfər ölüb. Ölənlərin şəxsiyyətləri müəyyən edilməyib. Cəsədlərin axtarışı üzrə işlər davam etdirilir.
Read More »Ermənistanda əsgər hərbçi yoldaşını güllələyərək öldürüb
Ermənistan Silahlı Qüvvələrinin 20 yaşlı hərbçisi, sıravi əsgər Artur Kazaryan qeyri-döyüş şəraitində ölüb. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, 2001-ci ildə anadan olan Artur Kazaryan hərbçi yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən ölüb. Fakt üzrə araşdırma aparılır.
Read More »Yaponiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə yüksəldi
Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə yüksəlib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Yomiuri qəzeti xəbər verib. Qeyd edilir ki, təxminən 16 insan itkin düşmüş hesab edilir. Ancaq qeyd olunur ki, bu say arta bilər. İtkin düşənlərin axtarışı üzrə əməliyyat dünən səhər yenidən davam etdirilib. Sürüşmə nəticəsində təxminən 130 ev dağıntıya məruza qalıb. …
Read More »Almaniyanın qərbindəki daşqınlar 360 nəfərə zərər vurub
Almaniyanın qərbindəki Arvayler bölgəsindəki (Reynland-Pfalz) daşqınlar ən azı 362 nəfərə zərər vurub. Boyukmillet.com xəbər verir ki, “Ak-Kurier” portalı Koblenzdəki polis mənbələrinə istinadən məlumat yayıb. 62 nəfər təbii fəlakətin qurbanı olub. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların sayının artacağını istisna etmir.
Read More »Cənubi Afrikada iğtişaşlarda ölənlərin sayı artır
Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 212-yə çatıb. Boyukmillet.com SABC News-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti yanında müvəqqəti nazir Xumbudzo Ntşaveni brifinqdə bildirib. Onun sözlərinə görə, Qautenq əyalətində hadisələrlə əlaqədar olaraq 32 nəfər ölüb, 137 nəfər isə saxlanılıb. “Qautenq əyalətində iğtişaşlara görə, ümumilikdə 862 nəfər saxlanılıb. KvaZulu-Natal əyalətində …
Read More »