Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı …
Read More »İslandiyada şəhər vulkan püskürməsi təhlükəsi səbəbindən boşaldılıb
İslandiya hakimiyyəti ölkənin cənubundakı Reykyanes yarımadasında vulkan püskürməsi təhlükəsi ilə əlaqədar Qrindavik şəhərinin sakinlərini təxliyə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə polisə istinadən RUV milli televiziya şirkəti məlumat yayıb. Daha əvvəl telekanal ölkənin meteoroloji xidmətinə istinadən məlumat verib ki, Syulinqarfel dağından bir kilometr şərqdə maqma axını yaranıb və bu ərazidə “güclü seysmik aktivliyə səbəb olub”. Meteoroloji xidmət seysmik aktivliyin …
Read More »Yaponiya və NATO ölkələri kosmosda təhdidlərlə mübarizə üzrə təlimlərdə iştirak edəcək
Yaponiya NATO üzvləri ilə birlikdə martın 14-15-də Fransada keçiriləcək və kosmosda təhlükələrə qarşı mübarizəyə həsr olunacaq “AsterX 2024” təlimində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Təlimlərdə Yaponiya ilə yanaşı, Asiya regionunu Cənubi Koreya təmsil edəcək. Yaponiya artıq 2022-ci ildən təlimlərdə müşahidəçi statusuna malikdir, lakin bu dəfə özünümüdafiə qüvvələrinin iki nümayəndəsi tədbirin birbaşa iştirakçısı olacaq. …
Read More »İraq Türkiyə vasitəsilə neft ixracının bərpasına çalışır
İraq beynəlxalq neft şirkətlərinə neft hasilatı və tranzit haqqını ödəmək üçün federal büdcəyə dəyişiklik edə bilər. Bu addım mühüm neft kəmərinin gələn il ərzində yenidən açılmasını nəzərdə tutur. Boyukmillet.com bu barədə “Bloomberg”ə istinadən xəbər verir. Hazırda neft şirkətləri, İraq hökuməti və yarım-muxtar Kürdüstan Regional Hökuməti arasında Türkiyə vasitəsilə xam neft ixracını bərpa etmək üçün danışıqlar aparılır. Boru kəmərinin bağlanması bazarlardan …
Read More »Ukrayna ilə Albaniya dostluq və əməkdaşlıq haqqında saziş imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski və Albaniyanın Baş naziri Edi Rama Tiranada iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı teleqram səhifəsində məlumat verib. “Baş nazir Edi Rama ilə görüş zamanı Ukrayna və Albaniya arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb”, – o qeyd edib. V.Zelenski vurğulayıb ki, danışıqlar zamanı Ukraynanın …
Read More »BMT Rusiya-Ukrayna müharibəsini gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb
BMT dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib. “Münaqişə başlayandan bəri biz vəziyyəti gərginləşdirə biləcək çoxlu ritorika gördük. Bizim çağırışımız dəyişməyib. Belə ritorikadan qaçmaq lazımdır”, – deyə S.Düjarrik vurğulayıb. Qeyd edək ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi …
Read More »Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın Qamışlı bölgəsində keçirdiyi yeni əməliyyat nəticəsində PKK terror təşkilatının aparıcı fiqurlarından biri zərərsizləşdirilib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində “Azadi Derik” kod adlı Emine Seyid Ahmet öldürülüb. Onun Suriya vətəndaşı olduğu bildirilir. Məlumatda qeyd edilib ki, E.S.Ahmet Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak edib, həmçinin raket hücumları barədə əmrlər verib.
Read More »ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb
ABŞ tezliklə Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib. “Biz yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyik və İran Rusiyaya ballistik raketlər satarsa, daha da irəli getməyə hazırıq”, – o qeyd edib. Kirbi deyib …
Read More »ABŞ müharibənin ildönümündə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək
Fevralın 23-də ABŞ Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü münasibətilə 500-dən çox hədəfə sanksiya tətbiq edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters”ə söyləyib. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksinə, eləcə də “Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdırmağa kömək edən” üçüncü ölkələrin şirkətlərinə yönələcək. Adeyemo əlavə edib ki, Vaşinqton Rusiyanı müharibə və müxalifətçi …
Read More »Litva XİN Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun Alyansın gücünü sınamaq niyyətində olan çox aqressiv qonşusu var: “Biz buna hazırlaşmalıyıq. İkinci Pearl Harbor anını gözləyə bilmərik”. Nazir xatırladıb ki, Yaponiyanın 1941-ci il dekabrın 7-də Havaydakı Pearl Harbordakı ABŞ hərbi dəniz bazasına qəfil hücumu nəticəsində 2000-dən çox …
Read More »