Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

İsrail ABŞ-ni İranın mümkün hücumu barədə məlumatlandırıb

İsrail ötən həftəsonu ABŞ-yə xəbərdarlıq edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket təlimləri hücuma hazırlıq ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb. Portalın məlumatına görə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperlə telefon danışığında bildirib ki, İsrail SEPAH-ın bir neçə gün əvvəl başladığı …

Read More »

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyasının yenidən işə salınmasına hazırlıq görülür

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası (AES) olan “Kasivazaki-Kariva” AES modernizasiyadan sonra fəaliyyətini bərpa etməyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Niiqata prefekturasının qubernatoru Hideyo Hanazumi uzun illər davam edən təhlükəsizlik yoxlamalarından və müdafiə mexanizmlərinin təkmilləşdirilməsindən sonra AES-nin yenidən işə salınmasına razılıq verib. O bildirib ki, görülən təhlükəsizlik tədbirləri ən sərt standartlara cavab verir və …

Read More »

Rusiya hərbi əməkdaşlıq müqavilələrini niyə indi ləğv edir? – Mesaj, yoxsa TƏHDİD?

Rusiya Müdafiə Nazirliyi 1992-2002-ci illər arasında Avropanın bir neçə ölkəsi ilə imzaladığı 10 hərbi əməkdaşlıq müqaviləsini və müvafiq memorandumu ləğv etmək üçün hökumətdən təsdiq alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında məlumat dərc edilib. Rusiya Müdafiə Nazirliyinin ləğv etdiyi müqavilələrin siyahısına Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə bağlanmış “hərbi əməkdaşlıq” …

Read More »

İran və Venesuela ABŞ-yə meydan oxudu- SENSASİYA

İran və Venesuela ABŞ-nin son addımlarını beynəlxalq hüquqa zidd hesab edərək ortaq mövqe nümayiş etdiriblər.Boyukmillet.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı venesuelalı həmkarı İvan Gil Pinto ilə telefon danışığı aparıb. Danışıq zamanı tərəflər İran–Venesuela münasibətlərinin mövcud vəziyyətini, eləcə də Karib hövzəsində baş verən son siyasi və təhlükəsizlik proseslərini müzakirə ediblər. Abbas Əraqçı iki ölkə arasında münasibətlərin müxtəlif …

Read More »

NATO Ermənistanla münasibətlərdə yeni mərhələyə hazırlaşır – 2026 üçün plan açıqlandı

NATO Ermənistanla tərəfdaşlıq üzrə yeni çərçivə sənədini 2026-cı ildə razılaşdırmağı planlaşdırır.Boyukmillet.com xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşün yekununda açıqlama verib. Şekerinska bildirib ki, görüş zamanı Ermənistanın müdafiə sahəsində aparılan islahatları müzakirə etməkdən məmnun qalıb və İrəvanın NATO missiyalarına töhfəsini yüksək qiymətləndirib. O xüsusilə Ermənistanın Kosovoda NATO-nun KFOR qüvvələrində iştirakını …

Read More »

Türkiyə Qara dəniz üzərində PUA-ların mülki aviasiya üçün təhlükəli olması barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna pilotsuz uçuş aparatlarının Qara dəniz üzərində davam edən döyüşləri ticarət gəmiləri və sərnişin təyyarələri üçün ciddi təhlükə yaradır. Boyukmillet.com TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib. “Rusiya və Ukrayna arasında davam edən müharibədə hər iki tərəf pilotsuz uçuş və suüstü aparatlardan fəal istifadə edir. Bu vəziyyət bölgədə həm ticarət gəmiləri, həm …

Read More »

ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib

ABŞ sülh və rifahı irəli aparmaq və Cənubi Qafqazın iqtisadi potensialının üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında qeyd edilib. “Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın iştirakı ilə avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma …

Read More »

Araşdırma: Kadırovla əlaqəli çeçen qruplar Almaniyada sərbəst fəaliyyət göstərirlər

Rusiyanın müstəqil The Insider nəşri ilə Almaniyanın Der Spiegel nəşrinin birgə araşdırmasına görə, Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın olan və mütəşəkkil cinayət qrupları ilə əlaqələndirilən çeçen qruplar onilliklər ərzində Hamburqda maneəsiz fəaliyyət göstəriblər. Jurnalistlər qeyd edirlər ki, bu fəaliyyət Almaniyanın müharibəyə qarşı mövqe tutan ruslara viza qaydalarını sərtləşdirdiyi bir dövrdə baş verib. OC media yazır ki, araşdırmaya əsasən, humanitar əsaslarla Almaniyaya daxil olmuş çeçenlər …

Read More »

ABŞ Prezidenti 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord məbləğdə – 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir. “Bu qanun Müharibə Departamentinə mənim “Güclə Sülh” siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən müdafiə etməyə və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək”, – Prezident bəyanatında bildirib. Təxminən 3 min səhifəlik qanun …

Read More »

Paşinyan Qarabağa qayıdış mövzusunu bağladı: Ermənistanda məskunlaşın

“Siz Ermənistanda məskunlaşmalı və Ermənistan vətəndaşlığını almalısınız”. Boyukmillet.com erməni mediasına istinaədn xəbər verir ki, Ermənistan baş naziri Paşinyan Qarabağdan gedən ermənilərə bu sözlərlə müraciət edib. Nikol Paşinyan həmçinin yol verilmiş səhvlərdən dərs çıxarmağa və müvafiq nəticələr əldə etməyə çağırıb. “Öz missiyamı xalqı şəhidlik məntiqindən çıxarmaq hesab edirəm və bəli — bu gün biz buna çoxsaylı itkilər və məhrumiyyətlər bahasına gəlib çatmışıq”, …

Read More »