Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Al Jazerra” yayıb. “2000-dən 3000-ə qədər gəmi Hörmüz boğazının arxasında qalıb və keçə bilmir”, – məlumatda qeyd olunub. “Lloyd’s List”in məlumatlarına əsasən, martın 1-dən bəri Hörmüz boğazında dəniz hərəkəti 94 faiz azalıb: “Gündəlik təxminən 100 gəmi keçirdi, lakin indi İran tərəfindən müəyyən edilmiş marşrutlarla yalnız bir neçə …
Read More »Tramp İranda vurulan F-15E təyyarəsinin ikinci pilotunun xilas edilməsini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə “Truth Social”da bildirib. “Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam”, – Tramp yazıb. Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. “Yaralandı, amma hər …
Read More »BƏƏ-də neft-kimya zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb
Əbu-Dabidəki “Borouge” neft-kimya zavodu, vurulan hava hədəflərindən düşən qalıqlar nəticəsində baş verən bir neçə yanğın səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə BƏƏ paytaxtının hakimiyyət orqanları məlumat verib. “Əbu-Dabinin müvafiq hakimiyyət orqanları hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilən hədəflərdən dağıntıların düşməsi nəticəsində “Borouge” neft-kimya zavodunda baş verən bir neçə yanğını söndürür”, – deyə açıqlamada bildirilib. …
Read More »İranda atom stansiyasında partlayış
İranda Buşehr Atom Elektrik Stansiyasının əməkdaşı stansiyanın hasarına dəyən mərminin partlaması nəticəsində ölüb. Bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.“Bu gün səhər mərminin stansiyanın qoruyucu hasarına dəyməsi nəticəsində binalardan birinə ziyan dəyib. Təəssüf ki, təhlükəsizlik xidməti əməkdaşlarından biri ölüb. Bu, son müharibə dövründə Buşehr AES-ə edilən dördüncü hücumdur. Elektrik stansiyasının əsas hissələri zərər görməyib”, – açıqlamada deyilir./Milli.Az
Read More »Vatikan və Pentaqon arasında “İsa” savaşı – Papa ABŞ-nin müdafiə nazirinə sərt cavab verdi
Roma Papası XIV Lev, ABŞ-ın müdafiə naziri Pit Heqsetin İrana qarşı müharibəni “İsa Məsih naminə” və “dini missiya” kimi qələmə verməsinə qarşı kəskin bəyanatla çıxış edib.Boyukmillet.com xəbər verir ki, Müqəddəs Pyotr kilsəsində xütbə oxuyan pontifik, hökmranlıq və məhv etmək istəyinin xristianlıq prinsipləri ilə tamamilə ziddiyyət təşkil etdiyini vurğulayıb. Papa XIV Lev bildirib ki, İsa Məsih sülh şahzadəsidir və onun adından …
Read More »İran öz səfirliklərinə hücumlar olacağı təqdirdə İsrailə cavab zərbələri barədə xəbərdarlıq edib
İranda öz səfirliklərinə hücum ediləcəyi təqdirdə İsrailin diplomatik obyektlərinə mümkün zərbələr barədə xəbərdarlıq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Mehr” informasiya agentliyi İran silahlı qüvvələrinin “Xətəm əl-Ənbiya” mərkəzi qərargahına istinadən məlumat yayıb. “İsrailin İran səfirliklərinə hər hansı hücumu regiondakı bütün İsrail səfirliklərini İran silahlı qüvvələri üçün qanuni hədəfə çevirəcək”, – bəyanatda bildirilib. Xatırladaq ki, ABŞ və İsrail fevralın …
Read More »KİV: ABŞ kəşfiyyatı münaqişədən sonra İranın regiondakı nüfuzunun arta biləcəyinə işarə edib
Amerika kəşfiyyat xidmətlərinin hesabatları göstərir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı Tehranın regiondakı nüfuzunun artmasına səbəb ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İranın yaxın vaxtlarda Hörmüz boğazını açacağı ehtimalı azdır, çünki Tehran bu boğaz üzərindəki nəzarəti ABŞ-yə qarşı yeganə real təzyiq rıçaqı kimi nəzərdən keçirir. Qeyd olunub ki, İranı …
Read More »Trampdan sərt qərar
ABŞ yeni iqtisadi addımlarla qlobal şirkətlərə təzyiqi artırır. Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp xaricdən idxal olunan bəzi dərmanlara 100 faizədək gömrük rüsumu tətbiq etməyi planlaşdırır. Ağ Evin yaydığı məlumata görə, bu qərar xarici əczaçılıq şirkətlərini ABŞ-də istehsal qurmağa və dərman qiymətlərini aşağı salmağa məcbur etmək məqsədi daşıyır. Şərtlərə əsasən, şirkətlər həm ABŞ-də istehsalı təşkil etməli, həm də …
Read More »ABŞ-nin “F-35”-i İranda vurulub – Pentaqon təsdiqlədi
İran İslam İnqilabı Keşikçiləri Korpusu axtarış -əməliyyat tədbirləri zamanı vurulan Amerika F-35 qırıcısının pilotunu tapıb və saxlayıb. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, SEPAH-ın baş qərargahının məlumatına görə, qırıcı təyyarə aprelin 3-də səhər saatlarında islam respublikasının mərkəzi rayonları üzərində vurulub. NourNews” agentliyinin məlumatında deyilir ki, qırıcı təyyarənin pilotuna dair əvvəlki görüntülər amerikalıları çaşdırmaq üçün qəsdən yayımlanıb. ABŞ rəsmiləri “Röyters” …
Read More »Makron Trampın NATO ilə bağlı bəyanatlarını tənqid edib
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı fikirlərini tənqid edib. Boyukmillet.com BFMTV-yə istinadən xəbər verir ki, Makron Seulda jurnalistlərə açıqlamasında deyib: “Əgər biz hər gün öz öhdəliklərimizlə bağlı şübhə yaradacağıqsa, razılaşmaları (NATO çərçivəsində – red.) mahiyyətindən məhrum edəcəyik”. O həmçinin qeyd edib ki, ABŞ hakimiyyəti hər gün ziddiyyətli mesajlar verir: “Biz bunu edəcəyik və ya onu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar