Cümə , 17 Aprel 2026

Digər ölkələr

Argentina İranın müvəqqəti işlər vəkilini ölkədən çıxarır

Argentina Xarici İşlər Nazirliyi (XİN) İranın Buenos-Ayresdəki səfirliyinin müvəqqəti işlər vəkili Möhsün Soltani Tehranini “persona non-qrata” elan edib və ondan 48 saat ərzində dövlət ərazisini tərk etməsini tələb edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Argentina XİN-in rəsmi bəyanatında bildirilib. Qərar Buenos-Ayresin Argentina və onun rəhbərliyinə qarşı yalan, təhqiramiz və yersiz ittihamlar ehtiva etdiyi kimi qiymətləndirdiyi İran XİN-in bəyanatına cavab …

Read More »

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına hazırdır. Boyukmillet.com İran mediasına istinadən xəbər verir ki, bunu hökumətin informasiya şurasının rəhbəri Əlyas Xəzrəti bəyan edib. “Belə şəraitdə “Hörmüz paktı” adlı regional və beynəlxalq mexanizmin planlaşdırılması və yaradılması istiqamətində irəliləmək olar. Bu pakt İslam Respublikası İranın idarəçiliyi altında və region ölkələrinin, Asiya və ərəb ölkələrinin, …

Read More »

Tramp ABŞ-nin İranı daş dövrünə qaytaracağını bildirib

ABŞ növbəti iki-üç həftə ərzində İrana hərbi zərbələrinin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Amerika xalqına televiziya ilə müraciətində bildirib. “Növbəti iki-üç həftə ərzində onlara fövqəladə güclə zərbə endirəcəyik, biz onları daş dövrünə qaytaracağıq”, – ABŞ administrasiyasının rəhbəri vurğulayıb. O qeyd edib ki, Vaşinqtonun məqsədi Tehranda hakimiyyət dəyişikliyi deyildi. “Danışıqlar davam …

Read More »

KİV: ABŞ-nin NATO-dan çıxması ilə bağlı sözlər hərəkətlərlə dəstəklənmir

ABŞ Prezidenti Donald Trampın alyansa qarşı sərt açıqlamalarına baxmayaraq, Birləşmiş Ştatlar indiyə qədər NATO-dakı iştirakını azaltmaq üçün heç bir praktik tədbir görməyib. Boyukmillet.com-un məlumatına görə, yerli “Politico” nəşri bu barədə yazıb. Məqalədə qeyd olunur ki, Prezidentin bütün təhdidlərinə və müttəfiqlərin (İrana qarşı) ABŞ hərbi kampaniyasını dəstəkləməkdən imtina etməsinə qarşı qəzəbinə baxmayaraq, onun açıqlamaları indiyə qədər heç bir praktik addımla üst-üstə …

Read More »

Hörmüz boğazında yüzlərlə gəmi yığılıb

Hörmüz boğazının akvatoriyasında təxminən 400 müxtəlif növ gəmi yığılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, Hörmüz boğazından kənarda və ya İranın bir sıra adalarının sahil sularında təxminən 400 yük və digər təyinatlı gəmilər lövbər salıb. Bildirilir ki, bu gəmilərin hamısı İrandan boğazdan keçmək üçün icazə almağı gözləyirlər. Xatırladaq ki, ABŞ və İsrail fevralın …

Read More »

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca sərt açıqlamalarla çıxış edib. Boyukmillet.com xəbər verir ki, Nikzad xüsusilə ABŞ prezidenti Donald Trampı hədəf alaraq, intiqam alınmayana qədər geri çəkilməyəcəklərini vurğulayıb. “Ali Liderin qanının intiqamını almayınca Trampın yaxasını buraxmayacağıq. Bu, İrana qarşı qurulmuş ən ağır sui-qəsd idi, lakin onlar öz çirkin məqsədlərinə heç vaxt nail …

Read More »

Ağ Evdən İran müharibəsi ilə bağlı VACİB AÇIQLAMA

ABŞ Yaxın Şərqdə hərbi əməliyyatların başa çatması üçün “finish xəttini” görür, lakin bu, yaxın günlərdə baş verməyəcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “Sky News” telekanalına müsahibəsində bildirib. Dövlət katibi qeyd edib ki, rəsmi Vaşinqton İranla müharibənin yekunlaşmaqda olduğunu müşahidə edir: “Bu, bu gün və ya sabah olmayacaq, lakin hərbi əməliyyatların sona çatacağı vaxt gələcək”. Rubionun …

Read More »

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara münasibət bildirib. Boyukmillet.com-un məlumatına görə, o, “Al Jazeera”yə verdiyi açıqlamada bildirib ki, ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarını Xarq adasına yerləşdirmək qərarına gələ bilər, lakin onların geri qaytarılması məsələsi Vaşinqtondan deyil, Tehrandan asılı olacaq. “Tramp qoşunlarını Xarq adasına göndərmək qərarına gələ bilər. Lakin bu halda …

Read More »

ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir

ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərlə söhbətində deyib. Ondan ABŞ Prezidenti Donald Trampın əvvəllər “Truth Social”da Vaşinqtonun İranın enerji infrastrukturuna zərbələri 10 gün, yəni 6 aprelə qədər dayandırdığını yazdığı paylaşımla bağlı şərh verməsi istənilib. ABŞ-ın müəyyən edilmiş müddət ərzində nəyə nail olmağı ümid etdiyi soruşulduqda, …

Read More »

Rubio: “ABŞ İranın Hörmüzə nəzarət etməsinə icazə verməyəcək”

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq üçün seçimlərinin olduğunu bildirib. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, dövlət katibinin sözlərinə görə, Tehran son vaxtlar boğaz üzərində daimi nəzarət yaratmaq və oradan keçən gəmilərə rüsum tətbiq etmək niyyətindən danışır. M.Rubio vurğulayıb ki, Vaşinqton bu cür planların reallaşmasına icazə verməyəcək. “İndi onlar Hörmüz …

Read More »