Cümə , 17 Aprel 2026

Digər ölkələr

Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə nəticəsiz başa çatan danışıqlardan sonra Pakistandan ayrılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə vitse-prezidentin mətbuat xidməti məlumat yayıb. “Flight Radar” servisinin məlumatına əsasən, “İki nömrəli bort” Pakistanın hava məkanını Tacikistan üzərindən tərk edib. Bundan əvvəl Vens bəyan etmişdi ki, Vaşinqton və Tehran İslamabadda keçirilən danışıqların yekununda razılığa gələ bilməyib. “İranlılarla bir sıra …

Read More »

Tramp: İslamabaddakı danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla Pakistanda keçirilən danışıqların nəticəsi onu narahat etmir, çünki “Vaşinqton artıq bu müharibədən qalib çıxıb”. Boyukmillet.com xəbər verir ki, Amerika lideri bu barədə Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Razılaşma əldə edib-etməyəcəyimizin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, biz qalib gəldik”, – Tramp deyib və əlavə edib ki, …

Read More »

Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib

Pakistan İslamabadda keçirilən İran-ABŞ danışıqları çərçivəsində Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı birgə patrul xidmətinin təşkilini nəzərdə tutan təşəbbüs təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbəyə istinadən “Al Jazeera” telekanalı məlumat yayıb. “Pakistan tərəfi gəmilərin Hörmüz boğazından keçməsinin tənzimlənməsi ilə bağlı təşəbbüs təqdim edib. Bu təklif boğazın akvatoriyasında birgə patrul xidmətinin təşkilini nəzərdə tutur”, – telekanalın …

Read More »

Tramp: İran nüvə silahından imtinaya söz verir, lakin açıq bəyanatlarda əksini iddia edir

ABŞ Prezidenti Donald Tramp Tehranın qapalı və açıq bəyanatları arasındakı uyğunsuzluğa işarə edərək, İranın nüvə proqramı üzrə mövqeyində ziddiyyətlər olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə o “The New York Post” qəzetinə müsahibəsində bildirib. Trampın sözlərinə görə, şəxsi təmaslarda İran tərəfi nüvə silahından imtina etməyə hazır olduğunu bildirir, lakin açıq şəkildə uranı zənginləşdirmək hüququnda israr etməkdə davam edir. “Onlar birbaşa …

Read More »

Tramp İrana Hörmüzlə bağlı xəbərdarlıq etdi: Razılaşmaya uyğun deyil…

İranın Hörmüz boğazı ilə bağlı zəif idarəçiliyi atəşkəs razılaşmasının şərtlərinə uyğun deyil. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünə məxsus Truth Social hesabında paylaşıb: “İran Hörmüz boğazı vasitəsilə neft tədarükünü təmin etməkdə çox zəif, bəzilərinin dediyi kimi acınacaqlı olub. Bizim əldə etdiyimiz razılaşma bu deyil”. Daha sonra Tramp yeni statusunda İrana xəbərdarlıq edib: “İranın Hörmüz boğazından keçən …

Read More »

Tramp NATO və müttəfiqləri hədəf alıb

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərə, o cümlədən NATO-ya təzyiq göstərilməsinin vacibliyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, o, bunu “Truth Social”da yazıb. “Nə qədər məyusedici olsa da, bizimkilər də daxil olmaqla, bu insanların heç biri, həmçinin NATO onlara təzyiq göstərilməyənə qədər heç nə anlamır!!!”, – o yazıb. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə …

Read More »

Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı məsələləri, habelə Hörmüz boğazından sərbəst keçidin təmin olunması üzrə razılıq əldə edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Artıq çoxdan, bütün yalan ritorikaya rəğmən, razılaşdırılıb – nüvə silahı olmayacaq, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq”, – Ağ Ev …

Read More »

Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək

Əgər Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə əməl etmək niyyətində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib. “Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə, öz …

Read More »

Şumerdən Trampa sərt sözlər

ABŞ-də atəşkəs qərarı daxildə də müzakirələr doğurub. Boyukmillet.com xəbər verir ki, ABŞ Senatında demokratların lideri Çak Şumer prezident Donald Trampın İranla bağlı iki həftəlik atəşkəs razılaşmasını qəbul etməsinə münasibət bildirib. Şumer sosial şəbəkədə yazıb ki, Tramp geri addım atmağa məcbur olub: “Mən şadam ki, Donald Tramp geri çəkildi və indi özünün boşboğazlığından çıxış yolu axtarır”. Bundan əvvəl demokrat senator ABŞ prezidentini …

Read More »

Hörmüz boğazında 800 gəmi “tələyə” düşüb – qlobal enerji böhranı barədə xəbərdarlıq

Dünya iqtisadiyyatının “şah damarı” sayılan Hörmüz boğazı ətrafında dramatik vəziyyət yaranıb. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından sonra 800-dən çox ticarət gəmisi boğazdan keçmək üçün çıxış yolu axtarır.Boyukmillet.com xəbər verir ki, boğazın blokadası səbəbindən son 5 həftədir davam edən qlobal enerji gərginliyi fonunda gəmi sahibləri atəşkəsin “kiçik hərflərlə” yazılmış detallarını anlamağa çalışırlar. Boğazdakı “tıxac”ın …

Read More »